• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Laçın rayonunun hərbi-siyasi yolla azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğurudur

    Laçın rayonunun hərbi-siyasi yolla azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğurudur


    Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Məlum olduğu kimi, 2021-ci ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu tətbiq edilməyə başlayıb. Əlbəttə ki, bu, həmin ərazilərdə aparılan böyük quruculuq işlərinin effektivliyinin artmasına mühüm töhfələr verir. Martın 28-də dövlətimizin başçısı Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul etmişdir. Qəbul zamanı etdiyi çıxışında cənab Prezident Laçın rayonunda aparılan irimiqyaslı quruculuq işlərinə dair geniş məlumat vermiş, qarşıda duran vəzifələr barədə detallı açıqlamalar təqdim etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma torpaqlarında rahat yaşamalarını tam təmin edəcək.
             
    Ermənilərin işğal dövründə Laçın rayonunda törətdikləri vəhşiliklərdən bəhs edərək, həmin illər ərzində rayonun bütün infrastrukturunun məhv edildiyini vurğulayıb: “Otuz ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Həmçinin Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, işğal olunmuş ərazilrdə coğrafi adların dəyişdirilməsi,  təbii resurslarının talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi irəvan isə işğal dövründə bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan digər ərazilərində olduğu kimi, Laçın rayonunda da həyata keçirmişdir. O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.
               
    Laçın rayonunun məhz hərbi-siyasi yolla işğaldan azad edilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğuru olduğunu vurğulayaraq bunları deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu.

    Dövlət başçımızın dediyi kimi, II Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird və digər bir neçə kəndin, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun böyük hissəsi artıq siyasi yollarla azad edildi və bu, Azərbaycanın böyük tarixi Zəfəridir. Hal-hazırda isə Azərbaycan həm Laçın rayonunun təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün qarşıya qoyulmuş əsas vəzifələrin icrası ilə məşğuldur. Bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, indi həmin ərazilərdə əvvəllər heç vaxt mövcud olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar çəkilib. Bu gün Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Ölkəmiz bu istiqamətdə öz mövqelərini gücləndirir və bu mövqelərdə də qalacaq. Həmçinin hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Qeyd edək ki, Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır.
               
    Müharibədən sonrakı dövrdə gedən müəyyən proseslərin Avropada mövcud olan anti-Azərbaycan qüvvələrin əsl simalarının açılmasına zəmin yaratdığını qeyd edib: “Bu gün işğal dövründə beynəlxalq vasitəçilərin və ilk növbədə ATƏT-in ovaxtkı Minsk qrupunun bütün fəaliyyətlərinin münaqişənin həllinə deyil, məhz bu işğalı möhkəmləndirməyə yönəldiyi artıq heç kim üçün sirr deyil. Əgər həmin dövrdə bu qurumlar öz əməllərini bir qədər pərdələməyə çalışırdılarsa, artıq bu gün Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələrin açıq-aşkar ermənipərəst mahiyyəti bu sənədlərin rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsulu olmasına dair heç kimdə şübhə doğurmur. Eləcə də bütün bu çirkin oyunlarda aparıcı rolun məhz Fransa deputatlarının oynadıqları da artıq gizlin saxlanılmır. Lakin bütün bunlarla yanaşı bu gün məlum olan daha bir həqiqət də budur ki, artıq heç kim, heç bir qüvvə Azərbaycanla ultimatum dili ilə danışa bilməz və əgər buna müəyyən cəhdlər olarsa belə, bunun heç bir nəticəsi olmaz. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana, müharibədən keçən iki il yarım ərzində isə Ermənistanın bütün himayədarlarına sübut edib.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    2. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    3. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    4. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 17:04 Ziyalı işığında                                                                              
    6. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    7. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    8. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    9. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    10. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    11. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    12. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    13. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    15. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    16. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    17. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    18. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    19. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    20. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    21. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    23. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    24. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    25. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    26. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    27. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    28. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    29. 19:56 Qalıb Azərbaycan Ordusu
    30. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    31. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    32. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    33. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    34. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    35. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    36. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    37. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    38. 10:00 Peşəkar ordumuz
    39. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    40. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ