POEZİYA YARPAQLARI
- 4-04-2023, 10:04
- Maraqlı
- 0
- 161
Burda Şəkərləyəm
Redaksiyanın arxivindən
Burda Şəkər ilə yanşıyam mən,
O, sinə daşıdır, baş daşıyam mən.
Köçdü bu dünyaya gör nələr üstə,
Yazıq daşa döndü sinələr üstə.
Məni hər məclisdə başa çəkdilər,
Başda baş apardım, başdan əkdilər.
Dedilər: canında bu əda ki var,
Ondan ən münasib baş daşı çıxar.
O çağdan baş daşı olmuşam burda,
Şəkərin yoldaşı olmuşam burda.
İkimiz də daşıq, ikimiz də daş,
Əbədi qardaşıq əbədi sirdaş.
15.05.1973.
Vaqif HÜSEYN
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az