Masallı sakinindən silah götürülüb
- 10-04-2023, 15:11
- Maraqlı
- 0
- 234

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibov Polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, N.Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.
Azərtac
“Yeni həyat” qəzeti
www.yeniheyet.az