• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəridə olmuşdur

    Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəridə olmuşdur



    Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
           
    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart çıxışında bildirib ki,mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.
                 
    Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.
                   
    Maliyyə sahəsində əməkdaşlıq üçün böyük təməl var. Bu gün Azərbaycan nümayəndə heyəti Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edəcək. Bu mərkəz maliyyə və müasir texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət üçün yaxşı platforma ola bilər.
               
    Prezident İlham Əliyev çıxışında ilk növbədə, qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirmişdir.,. Prezident ilk növbədə, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etmək və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzuladığını qeyd etmişdir.
               
    Prezident İlham Əliyev qeyd etmişdir ki,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.
                 
    Kasım-Jomart Kemeleviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.
               
    Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.



    Teymur Paşayev,
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    2. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    4. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    5. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    6. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    7. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    8. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    9. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    10. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    11. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    12. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    14. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    15. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    16. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    17. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    19. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    20. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    21. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    22. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    23. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    24. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    25. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    26. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    27. 11:15 DİQQƏT! DİQQƏT!
    28. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    29. 13:51 Masallı rayonunun 95-ci ili
    30. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    31. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    33. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    34. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    35. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    36. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    37. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    38. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    39. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    40. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ