• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan-Qazaxıstan tərəfdaşlığı potensial imkanlara əsaslanır

    Azərbaycan-Qazaxıstan tərəfdaşlığı potensial imkanlara əsaslanır


    Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi.
               
    Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. Bu ölkələr arasında ikitərəfli, həmçinin çoxtərəfli əlaqələr ildən-ilə inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatıb. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirsə də, iqtisadi və siyasi maraqlar da çox önəmlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.
               
     Son illər dünyada baş verən siyasi proseslər və Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin önəmini daha da artırıb. Hazırda bir sıra güclər, yeni aktorlar Mərkəzi Asiyaya diqqət göstərirlər. Bu mənada Türk Dövlətləri Təşkilatı aktiv fəaliyyəti ilə diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdaoğan bu təşkilatın işini daha da aktivləşdirir. Bu iki dövlət başçısı demək olar ki, bütün səyləri birləşdirir və yeni güc yaradır.
                 
    Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Dövlətimizin başçısının bir-birinin ardınca Tacikistana və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter alıb, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşib.
                 
    Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi: “Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.
                 
    Prezident qeyd edib ki, bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu, günün tələbidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.
                 
    Son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha da dərinləşib. Səkkiz ay bundan əvvəl iki ölkə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalamışdı.
                   
    Bugünkü görüş zaman ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlən- məsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaq.
             
    Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd olunmalıdır ki, dövlətimizin başçısının Qazaxıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfədir.




    Rövşən Muxtarov,
    Masallı rayonu Güllütəpə kənd sakini



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    2. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    3. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    4. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    6. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    8. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    9. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    10. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    11. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    12. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    13. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    14. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    15. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    16. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    17. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    18. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    19. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    20. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    21. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    22. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    23. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    24. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    27. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    28. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    29. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    30. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    31. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    32. 07:45 Bir ağacda beş cür meyvə...
    33. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    34. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    35. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    36. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    37. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    38. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    39. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    40. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ