• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyev - 100. Davamlı inkişafa aparan yol

    Heydər Əliyev - 100. Davamlı inkişafa aparan yol





    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milli inkişaf strategiyasının müəllifi, milyonlarla dünya azərbaycanlılarının qürur ünvanı, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyərək əsl azərbaycanlının obrazını yaradan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsindəyik. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən günlərlə, aylarla bəhs etmək olar. Başqa sözlə desək, onun fəaliyyətinin hər bir istiqaməti bir araşdırma mövzusudur. Buna görə də hələ bu mövzularda neçə-neçə araşdırmalar aparılacaq və aparılır, elmi əsərlər, kitablar yazılıb, yazılır və gələcəkdə də yazılacaq. 

    l993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalq yeganə xilaskar kimi ulu öndər Heydər Əliyevi gənc müstəqil dövlətimizin sükanı arxasında görmək istədi. 30 il əvvəl, iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarından ilham alaraq inkişaf edir, güclənir. Yalnız dövlətinin və xalqının gələcəyini düşünən, daim yeniləşməyə, dövrün tələblərinə uyğun təkmilləşməyə maraq göstərən və bunu əməli fəaliyyəti ilə təsdiqləyən Lider ölkəsini irəli aparmağa qadirdir. Ümummilli Lider Heydər Əliyev haqqında danışarkən 44 günlük Vətən müharibəsində əhəmiyyətli rol oynayan birliyimizi, dünya azərbaycanlılarının həmrəyliyini, gənclərimizin bilikli, vətənpərvər yetişmələri istiqamətində atdığı addımları, yaratdığı möhkəm təməli xüsusi qeyd etmək lazımdır. Dahi şəxsiyyət bildirmişdir ki, müstəqillik yollarında yeni addımlarını atan dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri xaricdə varlığını təmin etməsidir. Bu baxımdan dünya azərbaycanlılarının vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi qarşıya prioritet vəzifə kimi qoyuldu. 

    Ümummilli Lider çağırışı edərək, “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik…”, deyə bildirdi. 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etmiş və Azərbaycanın bayramları sırasına 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daxil edilmişdir. 

    Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Azərbaycan diasporu gücləndi, erməni yalanlarının ifşası istiqamətində məqsədyönlü addımlar atıldı və bunun uğurlu nəticəsi artıq dünyanın həqiqətlərimizi olduğu kimi qəbul etmək üçün səylər göstərməsində özünün aydın ifadəsini tapdı. 2001-ci ildə Ümummilli Liderin Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi soydaşlarımızın birliyini, həmrəyliyini daha da möhkəmləndirdi, onların bir mərkəzdən idarə olunmasını təmin etdi. 

    Ümummilli Liderin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı, həyat amalına çevrildi. Bu çağırış özündə azərbaycançılığın təbliğini, milli-mənəvi dəyərlərimizə bağlılığı, torpaq, Vətən sevgisini ehtiva edirdi ki, Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə gənclərlə bağlı düşüncələrinin əsasında da məhz bu amillər dayanırdı. O, bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
    44 günlük Vətən müharibəsi gənclərimizin Vətənə, torpaqğa məhəbbətini, vətənpərvərlik hissini dünyaya, yeni hərb tarixinə qeyd etdi. Bəli, bu gün daha da qürurluyuq; başımız dik, alnımız açıqdır. Bu sevinci bizə  Ali Baş Komandan  cənab İlham Əliyev  başda olmaqla torpağımızı qanlarıyla azad edən şəhidlərimizdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə Ümummilli Liderin xalqa müraciətində ifadə etdiyi hər bir inamı doğrultdu, xalqımızı daha da yumruq kimi birləşdirdi və qələbəyə gedən yolumuzu addım-addım yaxınlaşdırdı. 2020-ci ildə, Vətən müharibəsində Azərbaycan tarixinin Zəfər səhifəsini yazdı. Azərbaycan Prezidenti “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”, deyə məqsədləri müəyyənləşdirdi, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə yazdı.

    Dahi şəxsiyyət, Dahi Azərbaycanlı Heydər Əliyev yolu ölkəmizi daim inkişafa, tərəqqiyə, möhtəşəm uğurlara aparan yoldur. Dövlətimizin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, gənclərimizin vətənpərvərliyi sayəsində torpaqlarımızı vəhşi ermənilərin tapdağından, işğalından necə azad etdiksə, hazırkı dövrün başlıca vəzifəsi olan Böyük Qayıdışın bəxş etdiyi ilkin sevincləri yaşayırıq. Beləliklə də azad edilmiş doğma Azərvbaycanımızın bir parçası olan Qarabağımıza, ana torpaqlarımıza vətəndaşlarımızın nəfəsi hopur.


    İlkin ƏZİZOV,
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədr müavini.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ