• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dırnaqarası jurnalistikanı çiçəkləndirənlər

    Dırnaqarası jurnalistikanı çiçəkləndirənlər


    Kim necə istəyir qəzet-jurnal buraxır, sayt təsis edir, özünü baş redaktor “elan edir”, kimin ağlına nə gəldi yazır. Nə var, nə var arxasında duranı, şişirdəni, ayaqda saxlayanı var, nə bilim nəyi var, nəyi yox... Yəni,  ağzına gələni döşə getsin.

    Təhsili, təcrübəsi, səriştəsi olmayanlar, ənənəvi çap mediasından xəbərsiz  “şəkilbaz” elektron medianın “xəbər qəhrəmanları” (xüsusilə bloqçular) jurnalist tribunasından çıxış edir. Manşetləri “cəzbedici” başlıqlarla bəzədib (5 cümləlik xəbərdə 15 orfoqrafik səhv buraxıb) oxucu sayı çoxaltmağa cəhd edirlər.

    Yazılarda kiçik nöqsanlar şişirdilir, böhtanlar yer alır, dövlət məmurları təhqir və əsassız tənqid və ya təhdid edilir. Etiraf edək ki, belələrinin hesabına jurnalistlər cəmiyyətin gözündən düşür. Yəni qurunun oduna yaş da yanır. Və sonda mətbuatın, jurnalistikanın nüfuzuna xələl gəlir, media “dördüncü hakimiyyət” statusunu itirmək təhlükəsi ilə üzləşir. Milli maraq, dövlət mənafeyi tapdanır...
    Normal yazı, publisistik məqalə və s. kimi haqlı tənqidi də heç kim pis qəbul etmir. Söz öz yerində söylənilərsə dəyərində qalar. Lakin sifarişli yazıları ucuz sensasiya xatirinə tələsik yayımlayaraq, sanki qısa müddətdə şou-biznes nümayəndələri kimi “ulduz” olmaq iddiasına düşənlər qeyri-konstruktiv mövqedən əl çəkmirlər.

    Bəs, nə vaxt jurnalistikamız çirkinlərdən, mətbuatımız neqativlərdən qurtulacaq?
    İstər qəzet, istərsə də internet media orqanlarında peşə davranışı qaydalarını pozan, qərəz, böhtan, şəxsi maraqlarını hər şeydən üstün tutanlara qarşı mübarizə ictimai qınağa söykənməlidir.

    Media tənzimlənməli, cəmiyyət bəzi ünsürlərdən təmizlənməlidir. Söz azadlığından istifadə edərək jurnalistikadan şəxsi mənfəət məqsədilə faydalananlar qanun qarşısında cavab verməlidir. Mətbuat adına xələl gətirən “təsadüf”lərin mediaya üz tutmasının qarşısı alınmalıdır.
    Etiraf edək ki, bu gün əksəriyyətimiz tez, gözəxoş (dəqiqliyinə, mahiyyətinə varmadan) şəkildə məlumat almağa aludəyik. Fərq etməz – gülməli ya ağlamalı, şər, yoxsa xeyir, yalan və ya doğru. Onsuz da əksər saytlardakı cızma-qaranın uzağı bir az əvvəlinə və ya yazıdakı şəklə baxıb “layk” (bəyənmə) ediləcək, vəssalam. Ya da əksinə.

    O qədər yazıb-pozanlar (köçürüb paylaşanlar) var ki... Kimi uğursuz əfəli, tənbəli işə, məğlubu növbəti qələbəyə çağırır, həvəsləndirir, kimi isə sadə insanların üzündəki səadət nurunu təsvir etmək əvəzinə qaşınmayan yerdən qan çıxartmaq şakərindədir. Etiraf edək ki, indi hər oxucunun öz “menyu”su var.

    Nə yazırıqsa, yazaq, amma unutmayaq ki, ağa qara yaxmaq asandır, halal ruzulu süpürgəçi, irfan çoban olmaq çətin! Öncə özümüzdən, “mən”imizdən, bizi dünənimizdən bu günümüzə gətirən – parlaq sabahlara aparan gerçəkliyimizdən yazaq.
     

    Akif AĞAYEV

    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:44 Masallıda rayon rəhbəri Ərkivan qəsəbə şəhidlər abidəsində
    2. 17:18 Masallıda rayon rəhbəri Babaser kəndində şəhid ailəsini ziyarət etdi
    3. 17:08 Masallının Boradigah qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 16:59 Rayonun Boradigah qəsəbəsində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    5. 16:37 Masallının Boradigah qəsəbəsində rayon rəhbərinin 23 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    6. 15:35 “Bir kəmər, bir yol”
    7. 23:30 Azərbaycan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir
    8. 18:12 Ulu öndər və ana dili
    9. 15:29 Masallı rayon İcra Hakimiyyətinə Vətən Müharibəsi iştirakçısının təyinatı oldu
    10. 18:00 Vətəndaşların nəzərinə!
    11. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    12. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    13. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    15. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    16. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    17. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    18. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    19. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    20. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    21. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    22. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    23. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    24. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    25. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    26. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    27. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    28. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    29. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    30. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    31. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    33. 13:36 Ziyalı işığında...
    34. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    35. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    36. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    37. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    38. 11:33 Nurlu insan
    39. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    40. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ