• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışı ilə əlaqədar

    Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışı ilə əlaqədar


    Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək .Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur;İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

    Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur. Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı.

    İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi  ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər.

    Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi.Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır.Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar;


    Emil İlqar,
    Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbi.



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:53 Tarixi zərurət və xalqın istəyi
    2. 15:03 Oktyabr - Cəbrayıl şəhəri
    3. 13:36 Allah rəhmət eləsin
    4. 10:20 Müəllimlər Günü münasibətilə tədbir - Masallıda
    5. 08:30 Qəlblərdə əbədi yaşayan Azərbaycan xalqının xilaskarı
    6. 16:46 Azərbaycanın xalqının xilasgarı - Ümumilli Lider Heydər Əliyev
    7. 15:57 4 oktyabr- Cəbrayıl şəhəri günü
    8. 15:56 Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib
    9. 15:51 M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    10. 15:47 Azərbayacan Prezidentinə yazırlar
    11. 20:36 Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir
    12. 18:40 Azərbaycan Prezidentinə yazırlar
    13. 18:37 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:39 3 oktyabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
    15. 15:54 Cəbrayıl- 27 illik həsrətə son
    16. 15:49 4 oktyabr Cəbrayıl şəhəri günü
    17. 22:16 Qənirə Ələsgər qızı Paşayeva
    18. 18:16 “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar
    19. 18:13 Masallıda vətəndaşların 29 sentyabr 2023-cü il tarixli növbəti qəbulu
    20. 18:12 Masallıda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olundu
    21. 14:00 Azərbaycan-Türkiyə dostluğu dünya üçün bir nümunədir
    22. 19:06 Masallıda Ulu Öndərin 100 illiyinə həsr olunan kitab sərgisi təşkil olunub
    23. 19:03 Masallının təhsil müəssisələrində anım tədbirləri keçirilib
    24. 16:06 Qardaş ölkənin rəhbəri Naxçıvanda
    25. 08:42 İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu
    26. 08:37 Şanlı Qələbəmiz ilə bitmiş 44 günlük Vətən müharibəsi
    27. 21:30 Masallıda 27 sentyabr-Anım Günü qeyd olundu
    28. 17:02 İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir
    29. 16:18 Allah rəhmət eləsin!
    30. 13:01 Hər anı Azərbaycan tarixinə şanlı səhifə kimi yazılan 44 gün
    31. 11:00 Anım Günü şəhid ruhlarına ali ehtiramın bariz göstəricisidir
    32. 23:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 18:06 Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib
    34. 09:30 Vətən Müharibəsi şanlı Qələbəmizdir
    35. 23:30 RİH Başçısı 25.09.2023-cü il tarixdə Həsənli ərazisinin sakinləri ilə görüşdü
    36. 17:36 Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
    37. 17:29 Haqq həmişə qalib gəlir
    38. 17:23 Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb
    39. 17:17 Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
    40. 10:38 Azərbaycanın keçirdiyi antiterror tədbirləri məntiqi sonluqla nəticələndi
    «    Oktyabr 2023    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ