• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərinə getmişdir

    Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərinə getmişdir

                 
    Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Məlum olduğu kimi, 2021-ci ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu tətbiq edilməyə başlayıb. Əlbəttə ki, bu, həmin ərazilərdə aparılan böyük quruculuq işlərinin effektivliyinin artmasına mühüm töhfələr verir.

     Martın 28-də dövlətimizin başçısı Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul etmişdir. Qəbul zamanı etdiyi çıxışında cənab Prezident Laçın rayonunda aparılan irimiqyaslı quruculuq işlərinə dair geniş məlumat vermiş, qarşıda duran vəzifələr barədə detallı açıqlamalar təqdim etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma torpaqlarında rahat yaşamalarını tam təmin edəcək. Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür.

     Həmçinin Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu.

    Dövlət başçımızın dediyi kimi, II Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird və digər bir neçə kəndin, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun böyük hissəsi artıq siyasi yollarla azad edildi və bu, Azərbaycanın böyük tarixi Zəfəridir. Hal-hazırda isə Azərbaycan həm Laçın rayonunun təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün qarşıya qoyulmuş əsas vəzifələrin icrası ilə məşğuldur.



    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ