Türkiyə və Azərbaycan arasındakı tarixi köklər və ortaq dəyərlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Türkiyə və Azərbaycan arasındakı tarixi köklər və ortaq dəyərlər

    Türkiyə və Azərbaycan arasındakı tarixi köklər və ortaq dəyərlər


    2023-cü ilin mayında Türkiyə Respublikasında keçirilən 13-cü prezident seçkisindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini 12-13 iyun tarixlərində Azərbaycana etməsi ölkəmizin regionda, eləcə də beynəlxalq arenada sərgilədiyi düzgün siyasətin, eyni zamanda, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin qardaş Türkiyə tərəfindən dəstəklənməsi, habelə Prezident İlham Əliyevin beynəlxalq platformalarda icra etdiyi bütün layihələrə birmənalı dəstəyi ilə bağlıdır.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra dövlət səfərini Azərbaycan Respublikasına etməsində əsas məqsədlərdən biri gələcək dünya nizamının daha ədalətli formalaşması üçün məsləhətləşmələrin aparılması və birgə addımların atılmasının zəruriliyini nəzərdən keçirməkdir. Hər iki prezidentin mətbuat konfransı zamanı birgə bəyanatlarında hər iki tərəf Şuşa Bəyannaməsinin, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik prinsiplərini və müttəfiqliyin əhəmiyyətini xüsusi olaraq vurğuladır ki, bundan sonrakı dönəmdə də Azərbaycan və Türkiyənin müttəfiqliyinin daha da güclənəcəyinə dair müəyyən siqnallar verdilər.

    Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəmə sahibdir. Xüsusilə 15 iyun Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər. İlham Əliyev də çıxışında Şuşa Bəyannaməsini bir daha xatırlatdı: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.

    Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin hazırki durumu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi dühasının məhsulu olan “Bir millət iki dövlət” ifadəsinin bu gün özünü doğrultduğunu da bir daha sübuta yetirdi.

    Son illərdə dəyişən geosiyasi reallıqlar və bu günün şərtləndirdiyi gələcək vizyonu Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərinin mahiyyətini daha aydın izah edir. Dünyanın qütblərə bölündüyü, fərqli mədəniyyətlərin mübarizə meydanına çevrildiyi bir zamanda türk kimliyinin daşıyıcısı və türk dünyasının ayrılmaz parçası olan Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli müttəfiqdir.

    Bu gün Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaş mövqeyindədir. Sahib olduğu enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətinini artıran başlıca səbəblər sırasındadır. Digər tərəfdən Türkiyənin sahib olduğu geosiyasi və hərbi güc regionda Azərbaycanın milli maraqlarının təmin olunması baxımından ciddi dəstək mexanizmidir. Türkiyənin “regional güc” obrazı Cənubi Qafqazda qüvvələr tarazılığının təmin olunmasının, bugünkü və gələcəkdəki yeni iqtisadi və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatçısıdır.

    Daim dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı üçün gözəl imkanlar yaranır. «Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır» söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq.



    Şükürova Aytən,          
    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ