Masallıya getmişdik… » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıya getmişdik…

    Masallıya getmişdik…


    Həmin günlərdən bəri yarım əsrə bərabər uzun bir dövr arxada qalıb. Daha dəqiq olsun deyə, gördüyünüz fotonun tarixinə dair qısa qeydləri diqqətinizə çatdırım. Masallı, 1975-ci ilin sentyabr ayı.

    “İdman” – “Sport” qəzetlərinin əmək­daşları kimi fotomüxbirimiz Gennadi Mal­yovla birlikdə Masallının idman həyatı haqqında materiallar hazırlamaq üçün bu rayona ezam olunmuşduq. Orada keçir­diyimiz iki-üç gün ərzində redaksiyanın tapşırığını yerinə yetirərkən bir neçə bə­dən tərbiyəsi kollektivi ilə yaxından tanış olmaq imkanı qazandıq.

    Səfər günlərində Masallı şəhər par­kında stolüstü tennis oynamağa da vaxt tapdıq. Həmin saatlarda rayon idmanı­nın, demək olar, bütün “baş qərargahı” ilə birlikdəydik. Şəkildə sağda daya­nanlar uzun illər ərzində Masallı Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışmış Məhbub Ağa­yev, səhv etmirəmsə, “Məhsul” cəmiyyəti rayon şurasının sədri Sücayət müəllim və məşhur yunan-Roma güləşi ustası, vəfa­tından sonra hər il yeniyetmələr arasında ənənəvi xatirə turniri ilə yad edilən res­publikamızın Əməkdar məşqçisi Nadir Ağayevdir.

    Stolüstü tennis görüşündə rəqibim, eləcə də, yanımda dayanmış mütəxəs­sis, deyəsən, Uşaq-Gənclər İdman Mək­təbinin məşqçi-müəllimləri idi. Heç görü­şün necə nəticələndiyi də yadımda deyil. Amma bunu vacib məqam sanmayaq. Belə görüşlərdə uduzan olmur, səmimiy­yət qalib gəlir. Bir sözlə, ezamiyyət yaxşı keçdi, Gena da, mən də Bakıya Masallı­nın idman həyatının bizdə yaratdığı xoş təəssüratla qayıtdıq.

    Bir halda ki, 48 il əvvəl – 1975-ci ilin payızında lentə alınmış fotonun kömə­yilə o uzaq illərdən xatirələri yada saldıq, Masallının idman ənənələri haqqında da danışaq. Bu rayon həmişə öz bacarıq­lı idmançıları – xüsusən də güləşçiləri, voleybolçu və futbolçuları ilə fərqlən­mişdir. Burada müasir idman bazaları, o cümlədən Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Avropa Olimpiya Komitəsinin ovaxtkı prezidenti Patrik Hikey 2007-ci ilin aprel ayında kompleksin təntənəli açılış mərasimindəki çıxışlarında onun mühüm əhəmiyyətini, Masallı bədən tər­biyəçiləri və idmançıları üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdilər.

    Yerli idman həvəskarları əfsanəvi futbolçumuz Anatoli Banişevskinin adını daşıyan stadionda da çoxlu fərəhli anlar yaşamışlar. Yaxın keçmişdə Masallının “Viləş” komandası Azərbaycan çempio­natlarında uğurlu çıxışları, mükafata layiq yerləri ilə diqqəti cəlb edirdi. Komandanın baş məşqçisi, bu ilin əvvəlində 63 yaşın­da həyatı tərk etmiş məşhur mütəxəssis Qəhrəman Əliyev səmimi və mübariz kollektiv yaratmışdı. “Viləş”in hücumçusu Alay Bəhramov isə ölkə çempionatları­nın ən sərrast oyunçularından biri kimi tanınırdı, neçə-neçə dəqiq zərbələrindən sonra azarkeşlərin alqışlarını qazanmış­dı. Təəssüf ki, bu gün “Viləş”i Azərbay­can Premyer Liqasının iştirakçıları ara­sında görmürük. Amma Masallının gözəl futbol ənənələrini özünə qaytaracağına ümidimizi də itirmirik…





    Oqtay BAYRAMOV,
    Əməkdar jurnalist




    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    2. 12:10 YENİ KİTABLAR         
    3. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    4. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    6. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    8. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    9. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    10. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    11. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    12. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    13. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    15. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    16. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    17. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    18. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    19. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    21. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    23. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 09:32 Nadir Ağayevin xatirə turnirində
    26. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    27. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    28. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    29. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    30. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    31. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    32. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    33. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    34. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    35. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    39. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ