Din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq multikulturalizm siyasəti Azərbaycan dövlətinə bağlılığın möhkəmlənməsinə yönəlmişdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq multikulturalizm siyasəti Azərbaycan dövlətinə bağlılığın möhkəmlənməsinə yönəlmişdir

    Din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq multikulturalizm siyasəti Azərbaycan dövlətinə bağlılığın möhkəmlənməsinə yönəlmişdir


    Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.
             
     Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.

    “Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı. Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan Ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi”, - deyə o vurğulayıb. 20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

    Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir.

    "İyirmi dörd saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə isə suverenliyimiz tam bərqərar edildi. Bundan əlavə, dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı mütəşəkkil təzyiq, qarayaxma kampaniyaları aparılmış və hazırda da aparılmaqdadır. Amma Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət bütün bu düşmən hərəkətlərini və anti-Azərbaycan kampaniyalarını uğursuzluğa düçar etmişdir. Gənclər sahəsi, xüsusilə Prezident İlham Əliyevin gündəliyində olan bir mövzudur. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra edilir. Həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb”.
    Gənclər siyasəti istiqamətdə atılan mühüm addımlardan biri dövlətimizin başçısı tərəfindən Gənclər Fondunun təsis edilməsidir. Bu sahədə, eləcə də “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.
             
     “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib. Hər il 10 gəncimizə dövlət başçısı tərəfindən fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir. Gənclərin təhsili prioritet təşkil edən məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəhbər tutulmuş 5 əsas müddəadan biri də rəqabətli insan kapitalıdır. Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir və nəticədə gənclər dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində aparıcı ixtisaslar üzrə təhsil alırlar. Gənclər də öz növbəsində dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edir. Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
             
    Gənclər, könüllülər, ekofəallar hazırda Xankəndi-Laçın yolunda dinc aksiya keçirir, hazırda aksiyanı davam etdirirlər. Aksiyanın əsas tələbi Azərbaycan sərvətlərinin qeyri-qanuni istismarının dayandırılması, ekoloji terrora son qoyulmasıdır. Bununla belə aksiya zamanı humanitar dəhliz yaradılmış, yük və təcili yardım maşınlarının, eləcə də xəstələrin təxliyəsinin həyata keçirilməsi üçün şərait yaradılıb.

    Prezident İlham Əliyevin idmana olan marağı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Ölkəmizdə idmana ayırdığı diqqət 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə geniş vüsət almışdır. 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il 5 mart tarixi ölkəmizdə Bədən tərbiyəsi və İdman Günü olaraq qeyd edilir. Dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. İstər idmançılarımızın qazandığı nailiyyətlər, istərsə də nüfuzlu idman yarışlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmana verilən dəyərin əyani təcəssümüdür. Ölkəmiz Birinci Avropa Oyunları kimi mötəbər bir olimpiadaya ev sahibliyi etdi. Tədbir yüksək səviyyədə təşkil edilərək nailiyyətlərinin sırasına birini də əlavə etdi. Bu məqamda gənclər siyasətindən danışarkən könüllülər hərəkatının inkişafını və geniş vüsət almasını qeyd etməmək olmaz. Gənclər arasında könüllülük fəaliyyətinin təbliği və yayılması onlarda humanizm və digər mənəvi dəyərləri gücləndirir. Bu fəaliyyət əmək bazarına yeni çıxan gənclərə çox vacib bir təcrübə də qazandırır. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən idman və musiqi yarışlarına mühüm töhfə veriblər. Beynəlxalq tədbirlərdə iştirak bir tərəfdən onlarda fərqli mədəniyyətlərə mənsub olan insanlarla ünsiyyət vərdişləri aşılayır, digər tərəfdən isə Azərbaycan xalqının çoxəsrlik tolerantlıq xüsusiyyətlərini əcnəbilərə nümayiş etdirir. Tolerantlıq isə ölkəmizdə dövlət siyasəti elan edilmiş multikulturalizmin əsasında dayanır. Yeri gəlmişkən, multikulturalizm və tolerantlıq Azərbaycanda gənclər arasında xüsusən təbliğ olunur. Ölkəmizdə bütün ali məktəblərdə multikulturalizm fənni tədris olunur. Eləcə də Azərbaycanda multikulturalizmlə bağlı beynəlxalq yay və qış məktəbləri təşkil edilir, müxtəlif tədbirlər keçirilir.
             
    Prezident İlham Əliyev qeyd edir ki, Ermənistandan fərqli olaraq “Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı”. Prezident onu da bildirir ki, Azərbaycan başqa cür davrana bilməzdi, çünki “bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”. Azərbaycan xalqının xarakteri ölkədə yürüdülən gənclər siyasətinin ideoloji təməlində duran, ümumbəşəri dəyərlərə hörmət bəsləyən azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Multikulturalizm siyasəti də öz növbəsində azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlmişdir. Ona görə də azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı.



    Ziyafəddin Cavadov,
    Masallı rayonu, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ