Torpaq müqəddəs, zəhmət üzağlığıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Torpaq müqəddəs, zəhmət üzağlığıdır

    Torpaq müqəddəs, zəhmət üzağlığıdır



    Ömrünü zəhmətlə keçirən atam həmişə deyərdi ki, balalarım, kənddə yaşadın gərəkdir ki, torpağı sevəsən, mal-qara  bəsləməkdən çəkinməyəsən. O, anamla 9 uşaq böyüdüb ərsəyə çatdırmışdır. Hamımızı torpağa, əməyə, Vətənə məhəbbət ruhunda böyütdü. Qardaşım Ehtiram  Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə qovuşdu. Mən də o döyüşlərin şahidi olmuşam. Atam, o torpaq ki, uğrunda qan tökülüb, ona laqeydlik etmək nankorluqdur, söyləyərdi. Necə ki, Dədə-Qorqud demişdir: Torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz. Bu müdrik sözləri həmişə fikrimdə dolandırıram. Mənasını dərin-dərin araşdırıram.

    Atam pensiyaya çıxsa da evimizə yaxın olan payıbəlli sahəsini şumlatdırıb burada qarpız, yemiş, xiyar, pomidor əkib yetişdirərdi. Ailəmizi bu məhsullarla təmin edir, qonşulara, yaxınlara da pay göndərərdi.

    Düzünü deyim ki, ondan sonra biz bu əkinləri həyata keçirmədik. Buna səhhətim imkan vermədi. Çox götür-qoydan sonra qərara aldım ki, heyvandarlıqda qüvvəmi sınayım. Onsuz da evimizdə bir neçə sağmal heyvan vardı. Onları bəslədim, balalarını böyüdüb naxıra qatdım. Hazırda 3-4 sağmal inəyim var. Bir neçə düyəni də bu məqsədlə böyüdürəm.

    Ətrafıma baxıb görürəm ki, torpaqlar əkilmir, mal-qara bəsləyən azalıb. Çoxları yüngül həyat axtarır. Ev-eşiyi,geniş, yaxşı həyət-bacası, pulu, mal-mülkü olsun, eyvanda oturub ayağını ayağının üstünə aşırsın, ətrafdakılara ağasayağı tamaşa etsin.

    Həyatda hamı bu tərzdə yaşamaq arzusundadır. Bəs bizə gərək olan çörəyi, başqa ərzaqları, kənd təsərrüfatı və ya heyvandarlıq məhsullarını kim istehsal etməlidir?

    İnsan öz əməyinin bəhrəsini görəndə, ondan istifadə edəndə üzü ağ, ürəyi rahat olur, fərəh hissi keçirir.

    Kənddə işsizlik var. Hamı istəyir ki, ürəyəyatan, rahat bir peşə ilə məşğul olsun. Bəziləri dülgərlik, digərləri bənnalıq edir, bir başqası xırda-para təmirlə məşğul olur və ya fəhləlik edir. Amma hamı bu işlə məşğul ola bilmir. Yenə də ümid qalır torpağa ya da mal-qara bəsləməyə. İldə 2-3 cavan heyvan, üstəlik süd, yağ, pendir satırıq. Ailəmiz də ağartı məhsulları ilə təmin olunur.

    Ululardan qalıb ki, kəndli əkin-biçinlə, heyvandarlıq məhsulları istehsalı ilə məşğul olmalı, şəhərdəkilərə də bu sahədə kömək göstərməlidir.

    Torpağı becərmək də, mal-qara saxlamaq da böyük zəhmət , səbr tələb edir. Odur ki, biz buna laqeyd qalmamalıyıq.

    Qarşıdan soyuq aylar gəlir. Belə vaxtlarda heyvandarların işi çətinləşir. Ancaq kim ki, bol yem tədarük edib, tövlənin istiliyi üçün şərait qurubsa, şübhəsiz, qışdan qorxusu olmaz.

     

                                                                               Füzuli ABBASOV,
     heyvandar, Mahmudavar kəndi.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    2. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    3. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    4. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    5. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    6. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    7. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    8. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    9. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    10. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    11. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    12. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    13. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    14. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    15. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    16. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    17. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    20. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    21. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    22. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    24. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    25. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    26. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    27. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    28. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    29. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    30. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    31. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    32. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    33. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    34. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    35. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    37. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    38. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    39. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    40. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ