Müstəqilliyin əldə edilməsi, dövlətin ərazi tərkibindən regional vahidlərin çıxması silahlı münaqişə hesabına deyil, yalnız qanuni və dinc proses vasitəsilə baş tuta bilər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müstəqilliyin əldə edilməsi, dövlətin ərazi tərkibindən regional vahidlərin çıxması silahlı münaqişə hesabına deyil, yalnız qanuni və dinc proses vasitəsilə baş tuta bilər

    Müstəqilliyin əldə edilməsi, dövlətin ərazi tərkibindən regional vahidlərin çıxması silahlı münaqişə hesabına deyil, yalnız qanuni və dinc proses vasitəsilə baş tuta bilər


    Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında nitq söyləmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayan AŞPA-nın sədri xanım Ann BRASÖR dedi: Hörmətli Prezident:

    Assambleyanın iclas zalına xoş gəlmisiniz. Bu zal Sizə çox tanış gəlir. Keçmişdə parlamentdə fəaliyyət göstərmisiniz, Assambleyanın üzvü və sədr müavinlərindən biri kimi burada olmusunuz. Həmçinin Strasburqa səfərlərinizi, məsələn, 2004-cü ildəki səfərinizi xatırlayırıq. Biz Azərbaycanın bu təşkilatın Nazirlər Komitəsində sədrlik etdiyi dövrdə Avropa Sarayında Sizi salamlamaqdan olduqca məmnunuq.

    Mən, həmçinin bütün nümayəndə heyətinizi, xarici işlər nazirinizi və heyətinizin digər üzvlərini də salamlamaq istərdim. Xarici işlər naziri burada bazar ertəsi artıq çıxış edib. İcazənizlə bir qeydi nəzərinizə çatdırım. Nümayəndə heyətinizdə yalnız kişiləri görürəm. Bu da, həmçinin gələn səfəriniz zamanı həll olunar.

    Cənab Prezident, Assambleyamızın oynadığı rol bütün üzv dövlətlərə, xüsusən də öz ərazilərində münaqişə vəziyyəti ilə üzləşən üzv dövlətlərə dəstək verməkdən ibarətdir.

    Cənab Prezident, dünən açılış nitqimdə bir daha vurğuladığım suverenlik və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyimiz Sizə çox yaxşı məlumdur. Müstəqilliyin əldə edilməsi, dövlətin ərazi tərkibindən regional vahidlərin çıxması silahlı münaqişə hesabına deyil, yalnız qanuni və dinc proses vasitəsilə baş tuta bilər.

    Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, diplomatik səylər artırılmalıdır. Sizi əmin etmək istərdim ki, Assambleya bu prosesi ATƏT-in Minsk qrupu çərçivəsində dəstəkləməyə hazırdır. Eyni zamanda, biz dialoqun gücləndirilməsi və irəliləyişin əldə edilməsində çox vacib olan etimad mühitinin yaradılması üçün Ermənistan və Azərbaycan parlamentariləri, nümayəndə heyətlərinin üzvləri ilə də işi davam etdirməyə hazırıq.
    Cənab Prezident, 2004-cü ilin aprel ayında Assambleyadakı çıxışınızda Siz qeyd etdiniz ki, iqtisadi artım və cəmiyyətinizin demokratikləşdirilməsi ölkənizdə siyasətin əsas elementləridir. Sizinlə tam razıyam ki, bunlar bir-birindən ayrı mövcud ola bilməz və Siz bunu haqlı olaraq qeyd etdiniz. Mən 2004-cü ildəki çıxışınıza istinad edirəm. Siz iqtisadi baxımdan güclü ola bilərsiniz, lakin əgər sizdə demokratiya və şəffaflıq olmasa, insan hüquqları qorunmasa, ölkə heç vaxt uğur qazana bilməz.
    Ölkəniz güclü iqtisadi inkişafa və yoxsulluğun azaldılmasına nail olub. Bu günə qədər Azərbaycan Avropa Şurasının 59 konvensiyasına qoşulub və ratifikasiya edib. Eyni zamanda, demokratiya və insan hüquqlarına aid bir çox məsələlər öz həllini gözləyir. Siz onları öz çıxışınızda və verəcəyimiz suallara cavablarınızda əhatə edəcəksiniz. Şadam ki, biz bu məsələləri - ifadə azadlığı, yerdəyişmə azadlığı, təşkilatlanma azadlığı və mətbuat azadlığını Bakıya səfərim zamanı və bu gün səhər iş otağımda Sizinlə açıq və konstruktiv qaydada müzakirə etmək imkanımız oldu. Həmçinin mənim xahişimlə hazırda ölkənizdə həbs olunmuş hüquq müdafiəçiləri və jurnalistlər ilə bağlı bizim söhbətlərimiz oldu.
    Cənab Prezident, ümidvaram ki, ölkənizin sədrliyi Azərbaycanın maraqlarına, digər avropalılar kimi ləyaqət, demokratik hüquq və azadlıqlara malik olmalı, irəliləyiş və inkişafın faydasından yararlanmalı ölkənizin bütün əhalisinin maraqlarına uyğun islahatlar prosesini sürətləndirmək imkanını yaradacaqdır. Bilirəm ki, cənab Prezident, mən və biz dəstəyinizə arxalana bilərik. İndi isə sözü Sizə vermək istəyirəm. Buyurun söz Sizindir.Dövlət başçısı sessiyada nitq söylədi.
    Azərbaycan Prezidenti İlham Əliyevin nitqi: Hörmətli xanım sədr.Xanımlar və cənablar.Əvvəlcə, xanım sədr, dəvətinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Strasburqda yenidən olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Həmçinin burada on il öncə söylədiyim nitqimə istinad etdiyinizə görə minnətdaram. Mən sadəcə on il öncə söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm ki, bu, islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir.Əlbəttə ki, biz islahatlarımızı davam etdirəcəyik.AŞPA-nın sədri Ann Brasör:- İcazə verin, cənab Prezident. Əvvəlcə, mən mətbuatdan xahiş edirəm ki, onlar zalı tərk etsinlər, çünki üzvlərimiz Prezidenti görə bilmirlər. Həmçinin Sizi dinləməyə gələn insanlara xatırlatmaq istərdim ki, onlara hər hansı razılıq və ya narazılıq aktını burada nümayiş etdirmək icazəsi verilmir. Mətbuatdan xahiş edirəm ki, mətbuat parlamentarilərimiz üçün görünüşü kəsməsin. Burada, fikrimcə, bir kamera ilə yenə də problem qalır ki, biz bu məsələni həll etməliyik.

     Sağ olun.Cənab Prezident, sözünüzü kəsdiyimə görə üzr istəyirəm, çünki mən hər şeyin qaydasında olmasına nəzarət etməliyəm. Söz yenidən Sizə verilir.Prezident İlham Əliyev:- Siz mənə iki dəfə istinad etdiniz və beləliklə, məni, həmçinin ən azı iki dəfə dayandıra bilərsiniz. Bir sözlə, buna hazıram.Beləliklə, Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnə bilər. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu. Əslində, Azərbaycandakı islahatlar müstəqilliyimizin bərpasından bir neçə il sonra, yəni 1990-cı illərin ortalarında başladı.Müstəqilliyin ilk illəri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən ağrılı hissəsinə çevrildi.Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi.Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.



    Əyyubzadə Fərid,
    Banbaşı kəndi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    2. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    3. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    4. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    5. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    6. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    8. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    9. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    10. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    11. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    12. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    13. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    14. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    15. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    16. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    17. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    18. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    19. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    20. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    21. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    22. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    23. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    24. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    26. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    28. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    29. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    30. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    31. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    32. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    33. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    34. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    35. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    36. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    37. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    38. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    39. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    40. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ