Masallıda Heydər Əliyev Mərkəzində “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Heydər Əliyev Mərkəzində “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans

    Masallıda Heydər Əliyev Mərkəzində “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans


    Martın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans keçirilib.

    Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı,Masalll Dövlət Regional Kollecinin təşkilatı dəstəyi ilə  keçirilən tədbirdə Masalllı rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi,Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri,Masallı rayon üzrə Təhsil sektorunun nümayəndələri,mədəniyyət işçiləri və gənclər iştirak edib.   Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan video material  nümayiş olunub.

    Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, ictimai-siyasi fəaliyyəti, bütövlükdə, hər bir Azərbaycan gənci üçün nümunədir və əsl dövlətçilik məktəbidir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı Ümummilli Liderin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədlə şəhər və rayonlarda yaradılmış Heydər Əliyev Mərkəzlərinin müstəsna rolu var.Ulu Öndərin siyasi irsinin gələcək nəsillərə çatdırılmasında bu Mərkəzlərin xidmətləri əvəzsizdir. 

    Daha sonra Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev öz geniş məruzəsi ilə çıxış edərək Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirmişdir.O qeyd etmişdir ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bütün bunlar Ulu Öndərin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli konsepsiyanın tərkib hissələri idi.

    Daha sonra Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova,Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova ,Kollecin əməkdaşı Humay Əliyeva,tələbə Türkan Ağayeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Orxan Əliyev öz çıxışlarında bildirmişlər ki, Heydər Əliyev siyasi irsi  mənəviyyat və mədəniyyət salnaməsidir.

    Hər bir Azərbaycan gənci, ziyalısı, vətəndaşı bu siyasi irsi mütləq öyrənməli və dövlətçilik naminə bu irsdən bir təlim, nəzəriyyə kimi istifadə etməlidir.Heydər Əliyev siyasi irsi müstəqil Azərbaycanın dövlətçilik tarixidir. Heydər Əliyev siyasi irsi hər zaman öyrəniləcək, təbliğ olunacaq və yaşayacaqdır.

    Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.







    "Yeni həayat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ