Masallıda “Sağlam ailə, davamlı gələcək” mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Sağlam ailə, davamlı gələcək” mövzusunda tədbir

    Masallıda “Sağlam ailə, davamlı gələcək” mövzusunda tədbir



    Bu gün, 15 may 2024-cü il tarixdə Masallı şəhər Gənclər evində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 May Beynəlxalq Ailə Günü” münasibətilə “Sağlam ailə, davamlı gələcək” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı,  idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ağsaqqalları, ziyalıları, media əməkdaşları və gənclər iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov bildirdi ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Azərbaycan ailəsi dünya ölkələri sırasında seçilir və öz uğurlu modelini dünya səviyyəsində tanıtdırır, müxtəlif ölkələrlə öz təcrübəsini bölüşür. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev demişdir: “Ailədaxili münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl və dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də biz ailələri qorumalıyıq. Sağlam ailə-sağlam cəmiyyət, sağlam cəmiyyət isə sağlam və xoşbəxt dünya deməkdir.

     Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.

    Ölkə rəhbəri 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu gün möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycan dövlətində ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır.

    Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Birinci vitse- prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.

     Sonra  Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Ağa Rəşid Talıbov İslam dinində ailə əxlaqı, ailə təməli və qarşılıqlı hüquqlardan,  ailə münasibətlərindən, Masallı Regional ASAN Xidmət Mərkəzində  Qeydiyyat şöbəsinin rəisi Rabi İsayev isə Ailə məcəlləsi, nikah müqaviləsi anlayışı, nikahın qeydə alınması mövzusunda geniş söbət açdılar.

    Daha sonra dəvət edilmiş ailələr, evliliyinin 52-ci ildönümünü yaşayan 1943-cü il təvəllüdlü Sadıqov Əsəd Nəsir oğlu və həyat yoldaşı 1952-ci il təvəllüdlü Sadıqova Laləzar Fərhad qızı, həmçinin 1945-ci il təvəllüdlü Ağayev Vəkil Novruz oğlu və həyat yoldaşı 1953-cü il təvəllüdlü Ağayeva Elmira Abuş qızı uzun ömürlü ailənin sirri, dəyərlər, hörmət, valideyn-övlad münasibətləri düzgün qurulması və sair mövzuda gənclərə tövsiyələrini verərək, tədbirin təşkilinə görə rayon rəhbərinə və əməyi keçən əməkdaşlara təşəkkürlərini ifadə etdilər.

    Dəvət edilmiş uzun ömürlü ailələrə və yeni ailə qurmuş gənclərə  rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr təqdim edildi.

    Tədbirin sonunda “15 May Beynəlxalq Ailə Günü” münasibəti ilə Masallı Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmaq üçün müraciət etmiş iki gəncə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov tərəfindən Nikah Haqqında Şəhadətnamə və qiymətli hədiyyələr təqdim olunmuşdur.

    Tədbir xatirə şəkilləri çəkilməsi ilə yekunlaşmışdır.













    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ