Məmməd Kazım – 90 Hünər qalası » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məmməd Kazım – 90 Hünər qalası

    Məmməd Kazım – 90 Hünər qalası


    Məmməd Kazımı bir istedadlı şair kimi atam Xudakərim Məftunun söhbətlərindən tanımağa başlamışam. Fikrini yumorla pardaqlayıb deyirdi ki, bu Məmmədlər yəqin peyğəmbərlə adaş olduqlarına  görə belə yaxşı yazırlar. Məmməd Araz, Məmməd İsmayıl, Məmməd Aslan... Həmin sırada dostunun imzasını da fəxrlə vurğulayırdı ...

    Mən dördüncü sinifdə oxuyarkən “Qönçə” adlı ilk kitabı çıxmışdı Məmməd əminin. Atam maraqlandığımı hiss edərək, açıb bir şeirə nişan vurdu və əzbərləməyimi məsləhət gördü... İndi də kiminsə yolunda çəkdiyim zəhmət tərəfindən qiymətləndirilməyəndə, son misrasını öz-özümə dodaqaltı pıçıldayıram: “Ah, səni nə deyim, ürəyim, ürəyim, ürəyim mənim!”...

     Məmməd müəllimlə birinci üzbəüz görüşüm 1977-ci ildə olub. ADU-nun (indiki BDU-nun) kimya fakültəsinin tələbəsi kimi on nəfərlik qrup tərkibində Çexoslavakiyaya (Çexiyanın Pardubitse şəhərinə) bir aylıq təcrübə mübadiləsinə getmişdim. Səfər təəssüratımı qələmə alıb, xoşuna gəlsə, efirdə çıxışımı təşkil etməsi ümidi ilə iş yerinə – Azərbaycan Dövlət Televiziyasına  yollandım... Atası İsrafil kişinin bizə hər qonaq gələndə, danışığından sezilən nigaranlıq artıq arxada qalmışdı. Oğlunun böyük ailəynən Bakıya köçməsi riski özünü doğrultmuşdu. Dövlətdən ev almış, balalarına normal gün-güzəran qurmuşdu. Şair kimi məşhurlaşmış, telejurnalist kimi nüfuz qazanmışdı. Layihə ideyaçısı, redaktoru və aparıcısı olduğu “Hünər”in şöhrəti respublikanın sərhədlərini aşmışdı... Məni çox mehriban qarşıladı. Yazımı bəyənincə, vaxt itirmədən gedib rəhbərliklə danışdı. Mövzu öz verilişinə uyarımadığı üçün, başqa redaksiya ilə razılaşıb üç gündən sonra çəkilişə gəlməyimi tapşırdı... Amma çıxışım baş tutmadı. Bir vərəq uzadaraq onda yazılanları üzündən  oxumağımı istədilər. Təbii ki, bu qəribə şərti şəxsiyyətimə sığışdırmayıb, Məmməd əminin gözünə görünmədən geri döndüm. Sonralar atamdan vəziyyəti öyrənib mənə haqq qazandırmışdı...

    1987-ci ildə Vladimir Qafarov, Ələkbər Salahzadə, Camal Yusifzadə, Maarif Soltan və Nurəddin Ədiloğlu ilə birlikdə bizə qonaq gəlmişdi. Atama, mənim bədii yaradıcılıqla məşğul olmağıma görə sevindiyini, gələcək taleyimlə bağlı arzusunu bildirdi: “İnşaallah Ədəbiyyat İnstitutunu bitirər, yığışıb köçər şəhərə yanımıza”...
    Lakin gedişat tamamilə əksini diktə elədi. O, özü gəlib bir müddət rayonda məskunlaşdı. Həm də, çoxlarına həyata keçirilməsi real görünməyən məqsədilə.
     1990-cı ilin axırları idi. Moskvadan, imtahan sessiyasından qayıtmışdım. Atam Məmməd əminin qəzet çıxarmaq istədiyini və məni birgə çalışmağa dəvət etdiyini bildirdi. Baxışından anladım ki, razılaşmağımın tərəfdarıdır. Həmin dövrdə respublikada hərc-mərclik, qeyri-müəyyənlik hökm sürürdü. Yəqin bir çoxları kimi ədəbiyyatdan soyumağımdan ehtiyatlanır, redaksiyada daim yazı-pozu arasında olacağımı düşünürdü. Şərtsiz-filansız, alacağım məvacibin miqdarı ilə belə maraqlanmadan, təklifi qəbul etdim.
    Artıq növbəti gün  Məmməd əminin Masallı şəhərində, rayon İcraiyyə Komitəsinin köhnə binasının ikinci mərtəbəsində kirayələdiyi otaqda “Qala”nın ilk sayı üçün materialların müzakirəsini aparırdıq. Və o, 1991-ci ilin yanvarında, Qanlı Şənbə ərəfəsində iyirmi beş min tirajla işıq üzü gördü.
    Qısa müddətdə işimiz respublikaya səs-səda saldı. Təsəvvür edin, bir gündə əlli-altmış məktub alırdıq. Kimlər bizə yazı göndərmirdi ki! Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmməd İsmayıl, Musa Yaqub...

    Vaqif Yusifli, demək olar ki, hər sayımıza məqalə təqdim edirdi. Gənc Azər Əbilov (“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan) Şərqin, Türk dünyasının mənəviyyat qapısını oxucularımızın üzünə taybatay açmışdı...
    Gənc qələm sahiblərinə geniş meydan vermişdik. Ağamir Cavad, Əlizadə Nuri, Salam Sarvan, Samir Sədaqətoğlu, Anar Həbiboğlu kimi perspektivli şairlərdən səhifə-səhifə şeirlər dərc edirdik.

    Qeyri-peşəkarlardan ibarət kollektivimizdə Şahin Şəhriyar Səmədli kimi mükəmməl jurnalist yetişdi. Şair Nurməmməd Ağa publisistika sahəsində də püxtələşdi.  Balayar Sadiq sonralar Bakıda önəmli naşirlərdən biri oldu...

    “Qala” dayanmadı, tənəzzülə uğramadı! Sadəcə paytaxtda bədii yazılara münasibətin donduğu, ədəbi mühitin böhran keçirdiyi çətin illərdə vətənpərvər bir missiya yerinə yetirib, mətbuat tariximizin ənginliklərinə çəkildi...

    Bu günlərdə sayğı ilə andığımız, 90 yaşını təmtəraqlı şəkildə qeyd etdiyimiz Məmməd Kazım çox məhsuldar ömür yaşayıb. Şair, nasir, dramaturq, tərcüməçi, publisist, ssenarist, jurnalist kimi mənəviyyatımıza rəng qatıb... “Hünər” verilişi və “Qala” qəzeti isə tərcümeyi-halında hər vaxt, hər tərəfdən görünəcəkdir. Hünər qalası kimi!..
       


                     
    Arif FƏRZƏLİ,
    şair.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ