Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu

    Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu


     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Sonra dövlətimizin başçısı nitq söylədi.
    Dövlətimizin başçısı çıxışında bildirib ki, prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirildiyini, İkinci Qarabağ müharibəsinin və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə olduğunu qeyd edib.

    "Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.

    İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz"

    Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçdiyini deyən dövlətimizin başçısı üç gün bundan əvvəl bu günü bayram günü kimi qeyd etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. "Biz bu şanlı tarixi qəlbimizi də əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər".
             
     COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərar olduğunu qeyd edən dövlətimizin başçısı çıxışında bildirib ki,bu  bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amil olduğunu deyib.

    " Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək". 

    Sonda Azərbaycan Prezidenti çıxışında VII çağırış parlamentin yenidən işə başlaması münasibətilə milli məclis üzvlərini bir daha təbrik edərək, onlara Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətində  uğurlar arzulayıb.

     




    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ