Onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər

    Onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər

     

    Təyyarə qəzası baş verdiyi gün cənab Prezident xəbəri alan kimi Rusiyaya uçan təyyarəsinin dərhal geri dönməsinə göstəriş verdi. Bakıya enən kimi elə hava limanındaca müşavirə keçirib lazımi tapşırıqlarını verdi. Dərhal araşdırma komissiyası yaradıldı, xarici mütəxəssislər dəvət olundu, Qazaxıstana azərbaycanlı həkim briqadası göndərildi, ölkədə matəm elan olundu. Ardınca qəzadan zərər çəkmiş şəxslərə, həlak olanların ailəsinə təzminatların ödənilməsi barədə göstəriş verildi. 

    Bütün bunların hamısı bir daha göstərdi ki, cənab Prezident hər zaman öz vətəndaşının yanındadır, diqqətini və qayğısını heç kəsdən əsirgəmir. Heç bir xarici səfər, heç bir dəvət İlham Əliyev üçün vətəndaşından, xalqından önəmli deyil! 

    Qəzada günahkar olanların cəzalandırılması, Azərbaycandan üzr istənilməsi ilə bağlı sərgilənmiş qətiyyətli rəsmi mövqe, irəli sürülmüş tələb isə hər birimizə qürur hissi yaşatdı.

     “Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən və Qroznı səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Akrau yaxınlığında qəzaya uğraması haqda danışarkən deyib.

    Prezidentin vurğuladığı əsas məsələlərdən biri Qroznı hava limanında “kavyor əməliyyatı”nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. “Kavyor əməliyyatı”nın təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, “...bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Yəni əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər.

    Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni bütün bu suallara hələ ki, cavab yoxdur”.

     “Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”, – Prezident bildirib.

    Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncamla qəhrəman pilotlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevaya milli qəhrəman adı verilib.

                   



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    2. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 10:25 Bələdiyyə sədri
    4. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    5. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    6. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    7. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    8. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    9. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    10. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    11. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    12. 14:35 Yeni şeirlər
    13. 10:59 Perspektivli idmançıların aşkarlanması
    14. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    15. 15:56 100 illik ömrün işığı
    16. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    17. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    18. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    20. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    21. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    22. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    25. 14:19 QANLI YANVAR
    26. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    28. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    29. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    31. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    32. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    33. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    34. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    36. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    37. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    38. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    40. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ