Gender bərabərliyi cəmiyyətin mənəvi dünyasına düşən işıqdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gender bərabərliyi cəmiyyətin mənəvi dünyasına düşən işıqdır

    Gender bərabərliyi cəmiyyətin mənəvi dünyasına düşən işıqdır

              
     Azərbaycan qadını tarixin bütün mərhələlərində mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib və xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da cəmiyyətin inkişafı baxımından olduqca həssas səviyyədə yaşadıldı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır.

                Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatı da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Ümummilli Liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmalarına şərait yaradıb. Ulu Öndərimiz tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün Möhtərəm  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir. Gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan qadınları ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər.

                  Azərbaycan Respublikasının bütün qanunları və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır.  Bütüb bunlar   bütövlükdə Konstitusiya müddəalarına əsaslanır. Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncama əsasən, dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlandı. Sözügedən Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti və istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlbetmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu”.

               Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, dövlətinin gücünü təsdiqlədi, nüfuzunu artırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfər heç vaxt unudulmayacaq.

               "Aslanın erkəyi dişisi olmaz" deyib atalarımız. Bu Zəfərin qazanılmasında ordunun bütün sahələrində fəaliyyət göstərən qadınlarımızın da rolu danılmazdır. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadını ölkəmizin müdafiə qüdrətinin artırılmasında.ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsində də yaxından iştirak etdi. Azərbaycan qadını anadır, igiddir,gözəldir.Hər zaman kişilərlə çiyin-çiyinə işləməyə qadirdilər.Gender bərabərliyi cəmiyyətin inkişafında çox gərəklidir. Yəni, gender bərabərliyi cəmiyyətin mənəvi dünyasına düşən işıqdır.

     

              
    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ