Suverenliyimiz və ərazi bütövlüyümüz » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Suverenliyimiz və ərazi bütövlüyümüz

    Suverenliyimiz və ərazi bütövlüyümüz

     

    Ölkəmizin ərazi bütövlüyünün bərpası tariximizdə mühüm hadisədir və bu hadisə dövlətimizin, dövlətçiliyimizin əzminin, gücünün göstəricisidir. Məlum olduğu kimi, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30, Vətən müharibəsində qələbənin 5 illiyidir. 

    Dövlətçilik tariximizin ən mühüm və taleyüklü məsələsi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edildi.

     Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. "Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi də dəyərləndirmək mümkündür. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir

    Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən hüquqi təkmilləşdirmə prosesi ölkəmizin inikişafına və müasir çağırışlara cavab vermək məqsədini daşımışdır. Əsas Qanuna dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar hüquqi dövlətin və insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət etmişdir.

     Ölkəmizin suverenliyinin tam bərpasından sonra həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində nufuzunu, dost ölkələrin sayını artırıb. Azərbaycanın regional təhlükəsizlik məsələlərində rolu, beynəlxalq əlaqələrdə strateji mövqeyi daha da güclənib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasət dövlətimizin beynəlxalq siyasətdəki təsir gücünün artmasını təmin edib.

    Prezident İlham Əliyev 31 dekabr 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın son 21 il ərzində inamla, uğurla, ləyaqətlə inkişaf etdiyini qeyd etdi.  Dövlət başçısı ölkənin qarşısına çıxan çətinlikləri, müharibələri və beynəlxalq təzyiqləri qeyd edərək, bunların heç birinin Azərbaycanın yolundan döndərmədiyini vurğuladı. Bu fikirlər Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.

    “Konstitusiya və Suverenlik İli” dövlətimiz üçün yalnız keçmişin təhlili deyil, eyni zamanda, parlaq gələcəyin qurulmasına yönəlik strateji bir addımdır. Bu il çərçivəsində həyata keçiriləcək siyasət ölkəmizin dayanıqlı inkişafını möhkəmləndirəcək. Əminliklə bildirmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dövrdə də Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmləndiriləcək və ölkəmiz beynəlxalq aləmdə nüfuzu və rolu artacaqdı.

    1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi-siyasi sisteminin əsaslarını müəyyənləşdirərək dövlət suverenliyini və müstəqilliyi hüquqi baxımdan möhkəmləndirdi. Bu sənəd, eyni zamanda, demokratik institutların, vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi baza yaratmış və ölkənin beynəlxalq hüquq sisteminə inteqrasiyasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən düşünülmüş strategiya həm siyasi sabitlik, həm də hüquqi islahatların uğurla həyata keçirilməsinə imkan yaratdı.

     



                                  
    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ