Masallıda Polis əməkdaşları tərəfindən lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı
- 22-09-2025, 08:41
- Maraqlı
- 0
- 55

Masallı rayonunda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev və şöbənin əməkdaşları 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları zamanı Masallı rayonundan qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərimizin ailələrini və məzarlarını ziyarət etmişlər.


