Masallıda inzibati ərazi nümayəndəliklərində ağacəkmə aksiyaları
- 25-09-2025, 18:07
- Maraqlı
- 0
- 32

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyalarında ərazi nümayəndəliklərinin əməkdaşları, bələdiyyələr və kənd sakinlərinin iştirakı ilə 1500 ədəd müxtəlif növ ağac əkilmişdir.
Rayonda keçirilən bu genişmiqyaslı aksiyanın əsas məqsədi şəhidlərin əziz xatirəsini əbədiləşdirmək, həm də yaşıl və təmiz mühitin qorunmasıdır.
Qeyd edirik ki, rayon ərazisində ağacəkmə aksiyaları davam etməkdədir.































