Cəbrayıl şəhəri günü –qəhrəmanlıq və qürur günü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cəbrayıl şəhəri günü –qəhrəmanlıq və qürur günü

    Cəbrayıl şəhəri günü –qəhrəmanlıq və qürur günü


    Cəbrayıl şəhərinin azadlığına qovuşmasından beş il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" müjdəli xəbəri sanki dünən kimi xatırlanır. Amma artıq Cəbrayıl azaddır, dirçəlir, doğma sakinlərinə qovuşur.

    Tarixə nəzər salsaq 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. 17 iyun 1964-cü ildə ayrıca rayon kimi yenidən yaradılıb. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 

    Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl rayonunun kəndləri bir-bir işğaldan azad edilirdi. Dövlət başçısı bu sevincli xəbərləri xalqla bölüşürdü. İlk gündə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmişdi. Uğurlu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Həmçinin Azərbaycanın İranla dövlət sərhədinə nəzarət qismən bərpa edildi.

    Cəbrayıl şəhəri günü tarixi hadisənin ildönümü kimi hər il böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bu gün həm qəhrəman şəhidlərimizin xatirəsinə ehtiram, həm də xalqımızın əzmkar mübarizəsinə bir minnətdarlıqdır.

    Hazırda Cəbrayıl torpaqlarında genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Müasir infrastruktur, yollar, məktəblər, yaşayış evləri inşa olunur. Şəhərin yenidən dirçəlməsi Azərbaycanın inkişaf yolunun, azad olunmuş torpaqlara qayıdışın parlaq nümunəsidir.

    Cəbrayıl şəhəri günü yalnız bir tarixi qələbənin xatırlanması deyil, həm də gələcəyə inamın, milli birliyin və vətən sevgisinin təcəssümüdür. Bu gün bizə bir daha xatırladır ki, xalqımızın iradəsi və dövlətimizin qüdrəti qarşısında heç bir güc dayana bilməz.

     

    Əntiqə Tağıyeva,
    YAP Masallı rayon təşkilatının fəal üzvü

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    2. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    3. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    4. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:35 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2025
    6. 15:31 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:06 20 Noyabr – Ağdam Şəhəri Günü
    8. 15:02 “Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı: İlham Əliyevin UzA-ya Müsahibəsində Yeni Perspektivlər”
    9. 14:58 20 noyabr Azərbaycan tarixində xüsusi yeri olan bir gündür
    10. 14:56 Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə
    11. 11:26 Şəhid Elçin Novruzovun şəhadətinin 5-ci ildönümü anıldı
    12. 11:22 Cənubdaən uzunömürlü insanlar bu rayonlarda yaşayır – STATİSTİKA
    13. 19:39 Azərbaycan Prezidentinə yazırlar
    14. 18:14 Şəhid Sahib Şirəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    15. 11:03 Masallıda rayon rəhbəri Sığdaş kəndinə səfər edib
    16. 11:01 Masallıda rayon rəhbəri Boradigah qəsəbəsində şəhid küçələrində təmir işlərinə baxıb 
    17. 10:56 Masallıda rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüdə
    18. 10:49 Rayonun Boradigah qəsəbəsində yollar cari və əsaslı təmir olunur
    19. 10:43 Şəhid Səməndər İsgəndərovun şəhadətinin 5-ci ildönümü anıldı
    20. 09:56 12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev
    21. 09:51 Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli çıxışı barədə
    22. 14:42 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 
    23. 14:39 Masallının Viləş kəndində 13 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    24. 14:35 Masallıda rayon rəhbərinin 13 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 23:30 Tarixin nişanəsi — misgərlik sənəti
    26. 17:32 Şəhid Məhəmməd Əliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 17:30 Şəhid Cavad Babayevin şəhadətinin 5-ci ildönümü anıldı
    28. 17:26 Masallıda “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans
    29. 09:00 Müstəqil Azərbaycanın ilk “Konstitusiya”sı     
    30. 15:47 Şəhid Murad Nəfəsovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 15:45 Masallıda “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 09:30 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
    33. 08:18 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür
    34. 13:31 Əbədiyyət Parçası: Zəfərdən Zirvəyə Aparan Mübarizə Ruhu
    35. 13:27 Bayraq – xalqın ruhu, millətin nəfəsi
    36. 16:36 Şəhid Röyad Məmmədovun şəhadətinin 5-ci ildönümü anıldı
    37. 16:35 Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası 
    38. 16:25 Masallıda “Şanlı və Qürurlu Zəfər Günü” adlı konfrans
    39. 15:34 Ədliyyə naziri Fərid Əhmədov Masallıda vətəndaşları qəbul etdi
    40. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ