Masallıda misgərlik sənəti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda misgərlik sənəti

    Masallıda misgərlik sənəti


    Tarixin dərinliklərindən süzülüb bu günə qədər gələn, mədəni irsimizin nadir nümunələrindən biri olan misgərlik sənəti, həm estetik gözəlliyi, həm də zəhmət və bacarıq tələb edən mürəkkəb texnikası ilə seçilir. Bu sənət təkcə bir peşə deyil, həm də xalqımızın zəngin keçmişinin, zövqünün, əllərinin qüdrətinin canlı göstəricisidir.
    Qədim Dəmir dövrünə qədər gedib çıxan misgərlik sənəti əsrlər boyu nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Bu sənət vasitəsilə hazırlanan qazan, məcməyi, tava, teşt və digər məişət əşyaları, habelə dekorativ suvenirlər həm funksional, həm də estetik baxımdan dəyərli hesab olunur.

    Misgərlik, göründüyü qədər sadə olmayan, incəlik və yüksək diqqət tələb edən bir sənətdir. Bu sənətə yiyələnmək üçün yalnız texniki bilik yox, həm də səbr, dəqiqlik və yaradıcılıq vacibdir. Əvvəlcə mis və ya bürünc təmizlənərək əridilir və xüsusi qəliblər vasitəsilə lazımi formaya salınır. Sonra ustalar diyircəkli qələm və ya markerlə qabın üzərində ilkin eskizi çəkir, və ya birbaşa çətin və həssas döymə texnikası ilə ornamentləri misə işləyirlər. Bəzən də əksinə, əvvəlcə naxışlar işlənir, sonra qab formaya salınır. Bu proses, sənətkarın zövqünün, əl bacarığının və illərlə topladığı təcrübəsinin məhsuludur. Hər bir mis məmulat zəhmətin, sənətin və irsin bir növ bədii ifadəsidir.

    Müasir dövrdə plastik və digər sintetik materiallardan hazırlanmış əşyalar bir müddət mis məmulatların yerini alsa da, bu gün insanlar yenidən təbiiliyə, sağlamlığa və estetikaya üz tutur. Mis qabların sağlamlıq baxımından faydalı olması, onların yenidən gündəmdə olmasının əsas səbəblərindəndir. Hazırda həm məişətdə, həm də dekorativ məqsədlə mis qab və əşyalar geniş şəkildə istifadə olunur.

    Bu sənətin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində fədakar sənətkarlarımızın rolu danılmazdır. Belə sənətkarlardan biri də əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Taleh Ağayevdir. Onun ailəsi təxminən 50 il öncə Masallı rayonunun Boradigah qəsəbəsinə köç edib və burada misgərlik sənəti ilə məşğul olmağa başlayıblar.

    Talehin atası, mərhum Nurəddin kişi bu sənətlə ailəsinin dolanışığını təmin edib, misgərlik sənətinin incəliklərini övladlarına da öyrədib. Zamanla digər qardaşlar bu sənətdən uzaqlaşsa da, Taleh ata-baba mirasına sadiq qalaraq onu qoruyub saxlayıb, ustad sənətkar kimi yetişib. Onun əl işləri təkcə Masallı rayonunda deyil, respublikanın müxtəlif guşələrində keçirilən sərgi və tədbirlərdə də nümayiş olunur, maraq və rəğbətlə qarşılanır.

    Bu gün Taleh ustanın məmulatlarına təkcə yerli əhali yox, İran, Rusiya, Türkiyə və Almaniya kimi ölkələrdən də sifarişlər verilir. Bu isə onun sənətinə olan beynəlxalq marağın və dəyərin göstəricisidir.

    Misgərlik yalnız bir əşya düzəltmək deyil, tarixi yaşatmaq, mədəniyyəti qorumaq, estetik duyğunu oyatmaq və millətin kimliyini ifadə etmək deməkdir. Taleh Ağayev kimi sənətkarların fəaliyyəti isə bu qədim sənətin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyət daşıyır.

    Akif AĞAYEV
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ