Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
- Bu gün, 17:32
- Maraqlı
- 0
- 5
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və daxili imkanları hesabına Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçədə infrastruktur yenilənməsi işləri həyata keçirilib. Layihə çərçivəsində 46 saylı Yol İstismarı MMC tərəfindən 140 metr uzunluğunda yola asfalt örtüyü döşənmişdir.Görülən işlər əhalinin rahat hərəkətini təmin etmək, kəndin yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və bölgədə ümumi yaşayış şəraitini daha da yüksəltmək məqsədi daşıyır. Asfaltlanma prosesi yüksək keyfiyyət standartlarına uyğun aparılmış və yolun istismar müddətinin artırılması üçün lazım olan texnoloji tələblər gözlənilmişdir. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu cür layihələr kəndlərin sosial-iqtisadi inkişafına, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verir.
Şəhidin ailə üzvləri görülmüş işlərə, yol çəkilişinə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.





























