Mənalı ömrün işığında » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Mənalı ömrün işığında

    Mənalı ömrün işığında


    Onunla tanışlığımız qısa zaman müddətində oldu, sonralar aradan xeyli vaxt ötdü, ancaq ilk görüşümüzdə hərəkətlərinə, danışığına diqqət etdikdə mən gələcəkdə böyük uğurlar qazana biləcək bir gənclə tanış  olduğuma əmin oldum. Fəhmim məni aldatmadı və həmin gəncin həyatda qazandığı nailiyyətlər məni sevindirməyə bilməzdi. O gənc indi hamının tanıdığı Anar Camal oğlu İsgəndərovdur. Onun haqqında ətraflı məlumat vermək istəyirəm. Ancaq deməliyəm ki, belə insanları təqdim etmək istəyəndə ona layiq sözləri axtarır, diqqətlə seçir, bilirsən ki, deyilən sözlər ona layiqdir, verilən yüksək qiymət ona ana südü kimi halaldır.

    Anar müəllim bütün həyatı boyu mənalı bir ömür yaşamışdır. Onun tərcümeyi-halına nəzər salanda müasir Azərbaycan tarixinin əhəmiyyətli bir simasını görmək olur. Anar İsgəndərovu tanıyanların hamısı, o cümlədən ziyalılarımız ona rəğbət bəsləyir, çünki ömrünü, taleyini Vətənin mənəvi yüksəlişinə həsr etmiş insanlar həmişə diqqət mərkəzində olurlar.

    Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olmuş, 1963-1973-cü illərdə Kolatan orta məktəbində təhsil almışdır. 1973-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişdir. 1978-1981-ci illərdə əvvəl rayonun ən böyük orta məktəblərindən biri olan Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləmişdir. 

    A.İsgəndərov 1982-ci ildə Bakı şəhərinə gələrək bütün çətinlikləri nəzərə almaqla, 1982-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun fəlsəfə kafedrasında kabinet müdiri kimi çalışmışdır. 1984-cü ildən çoxdan arzuladığı doğma Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.

    1989-cu ildə respublikada ilk dəfə Tarixşünaslıq və mənbəşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1993-cü ildə dosent elmi adını almış, 1999-cu ildə Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri seçilmiş, hazırda həmin kafedraya rəhbərlik edir. Onun rəhbərliyi altında respublikada Mənbəşünaslıq və Tarixşünaslıq problemləri üzrə elmi məktəb yaradılmış və bu elmi məktəb uğurla fəaliyyət göstərməkdədir.

    Elmdə  asan yol yoxdur, onun pillələrində ucalmaq üçün gərgin anlar keçirən Anar müəllim 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə professor elmi adını almışdır.

    Oxuculara çatdırmaq istəyirəm ki, Anar müəlllim bütün uğurlarına öz zəhməti, bacarığı və elmdə qazandığı uğurları ilə nail olmuşdur. Anar müəllimin keçdiyi mənalı həyat yoluna nəzər saldıqda, kədərlə sevincin birləşməsinin bəhrəsi necə olursa, insanda da elə bir hiss oyadır. Gənclik illərində gördüyü çətinliklər  onu sındırmamış, əksinə bu çətinliklər onu mübariz bir ziyalıya çevirmişdir. Onun ədaləti, əxlaqı və nəfsinə hakimliyi dərs dediyi tələbələrin dillər əzbəri olmuşdur.

    Hazırda Anar müəllim Respublikada və ölkədən kənarda Azərbaycanın XX əsr tarixinin görkəmli mütəxəssislərindən biri kimi tanınır. Onun 1997-ci ildə nəşr olunan “1918-ci il Mart qırğınının tarixşünaslığı” adlı monoqrafiyası Azərbaycan tarixşünaslığının böyük uğuru kimi qəbul olunmuşdur. O, ilk dəfə 1918-ci il Mart soyqırımı  ilə bağlı 90 il ərzində yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların elmi cəhətdən tənqid və təhlilini vermişdir. 70 illik sovet dönəmində İttifaq miqyasında Mart soyqırımı ilə bağlı yazılmış əsərləri böyük cəsarətlə böhtançı tarix kimi xarakterizə etmişdir. 2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyası və “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsəri işıq üzü görmüşdür. Onun 2006-cı ildə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlı fundamental əsəri təhsilin magistr pilləsi  üçün dərslik kimi nəşr olunmuşdur.
    Anar müəllimin 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası çap olunmuş və dünyanın müxtəlif ölkələrində maraqla qarşılanmışdır. 

    Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunması, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, 1915-1920-ci illərdə Osmanlı və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan tədqiqat əsəri 2011-ci ildə ABŞ-da “Realites of Azerbaijan: 1917-1920” adı altında nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. Bu əsər ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. 

    Anar müəllimin 2019-cu ildə Azərbaycan, ingilis, rus dillərində “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” monoqrafiyası, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universiteti”( üç dildə) və “Bakı Dövlət  Universiteti: 100 ilin elm və təhsil məbədi” kitabları işıq üzü görmüşdür.

    Anar İsgəndərov gənc alimlərin yetişdirilməsində fəal iştirak edir və bununla fəxr edir. Anar müəllimin rəhbərliyi altında  25 nəfər namizədlik, 5 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda onun rəhbərliyi altında 10 əyani doktorant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqatlarını davam etdirirlər. O, tarix elmləri doktoru proqramı üzrə  6 elmlər doktorunun elmi məsləhətçisidir.

    A. İsgəndərovun bu illər ərzində 20 monoqrafiyası, 10 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi çap olunmuş, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur. 

    “Azərbaycan tarixşünaslığı”, “Azərbaycan tarixinin mənbəşünaslığı”, “Azərbaycanın tarixi coğrafiyası” dərslikləri respublikada ilk dəfə Anar İsgəndərovun elmi redaktorluğu və müəllifliyi ilə nəşr olunmuşdur. Qeyd olunan dərsliklər respublikanın bütün ixtisas ali məktəblərində tədris olunur.

    A.İsgəndərov mütəmadi beynəlxalq və respublika elmi konfranslarında  Azərbaycan tarixinin aktual problemləri ilə bağlı  maraqlı məruzələr edir.

    A. İsgəndərov Gürcüstanın dövlət arxivlərindən və Əlyazmalar İnstitutundan 1823-1918-ci illərdə Tiflisdə fəaliyyət göstərmiş Qafqaz  Müsəlmanları İdarəsinin tarixinə dair 75 min, Türkiyə Cümhuriyyəti  arxivlərindən isə 10 min səhifə sənədi Azərbaycana gətirmişdir.

    A. İsgəndərov 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin martında partiyanın VII qurultayında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü seçilmişdir. O, 2003 və 2008-ci illərdə prezident seçkiləri dövründə cənab İlham Əliyevin seçki kampaniyasında təbliğat və təşviqat qrupunun üzvü olmuşdur.

    A. İsgəndərov 2010-2018-ci illərdə “Bilik” Cəmiyyətinin xətti ilə respublikanın rayonlarında Ümummilli Lider Heydər Əliyevin müstəqillik, azərbaycançılıq məfkurəsi  və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə  həsr olunmuş çoxsaylı mühazirələr oxumuş və ictimaiyyət  tərəfindən rəğbətlə qarşılanmışdır. 

    Anar İsgəndərov dövlətçiliyə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini əməlləri ilə təsdiqləyib, bu yolda yorulmadan çalışmaqdadır. O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam və sədaqətlə qoşulur.

    A. İsgəndərov 44 günlük Vətən müharibəsi dövründə mətbuatda və müxtəlif televiziya kanallarında Azərbaycanın haqq işinin dünyaya çatdırılması və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunması üçün mütəmadi çıxışlar edirdi.

    A. İsgəndərov 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tarix və Siyasi  Elmlər üzrə Ekspert Şurasının sədridir. O, BDU və bu ali məktəbin Tarix fakültəsi Elmi Şuralarının, Azərbaycan-Türkiyə Araşdırmalar Fondunun Himayəçilər Şurasının, “Tarix və onun problemləri”, “Dirçəliş”, “Kəlam”, “Yaşıl çay” jurnallarının Redaksiya Şurasının üzvüdür.

    A. İsgəndərov Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvüdür. Onun 2009-cu ildə Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunan “Təzəpirin tarixi” və 2016-cı ildə nəşr olunan “Şeyxülislamlığın tarixi” əsərləri elmi ictimaiyyət və ölkə dindarları tərəfindən yüksək qiymətləndirildi.
    A. İsgəndərov VI çağırış 71 saylı Masallı kənd seçki dairəsindən, VII cağırış 78 saylı Lənkəran kənd seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, VII çağırış Milli Məclisdə Elm və təhsil komitəsinin sədridir. Bu illər ərzində Milli Məclisin deputatı kimi üzərinə düşən işləri uğurla həyata keçirir.

    A. İsgəndərov 2020-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının üzvü təyin olunmuşdur.

    A. İsgəndərovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları  ilə “Tərəqqi” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 100 illiyi (1918-2018)” yubiley medalı,  “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalı, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998- 2023)” yubiley medalı, Türkiyə Cümhuriyyətinin “Altun” medalı, Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Qızıl döş nişanı ilə təltif edilmişdir.

    A. İsgəndərov müqəddəs Həcc, Ümrə və Məşhəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı, üç nəvəsi vardır.

    Göründüyü kimi, Anar İsgəndərov böyük və mənalı həyat yolu keçmişdir. O, demək olar ki, hər gün tariximizlə bağlı maraq doğuran, gənc nəsli Vətənə məhəbbət ruhunda tərbiyə edən maraqlı yazılarla çıxış edir.

    Anar müəllimin şəxsi həyatı, ata-anaya, ailəsinə münasibətinə  dair bəzi yazıları ilə tanış olduqda onun necə də təsirli anlar yaşadığına, həyatda hələ gənc yaşlarında çətinlikləri ram edərək özünü təsdiq etməsinin şahidi olursan. Aşağıda onun kiçik bir xatirəsində qeyd olunanları göstərmək istəyirəm:

    “Əziz anam, 1975-ci ilin sentyabrında bizi tərk etdin, onda mən üçüncü kursun tələbəsi idim, sənin vəfat günündə və ondan sonra nə üzüm güldü, nə də tələbəliyin şirinliyini daddım...

    Səni dəfn edəndən sonra 5-ci kursu bitirənə qədər sənin ölümünə özümü inandırmamaq xatirinə kəndə gedə bilmədim… O illəri xatırlayanda indi də göz yaşlarımı saxlaya bilmirəm…”

    Bu xatirəsində Anar müəllimin valideynlərinə olan məhəbbətini  aydın görmək olur. İnstitutu bitirəndən sonra bacı- qardaşlarına hayan olur, anasının sağlığında arzu etdiyi kimi kənddə, ata ocağında böyük əziyyətlə ev tikir, burada işlərin əksəriyyətini özü icra edir. 25 yaşında Bakıya gələrək böyük çətinliklə Azərbaycan Neft və Kimya İnstitutunda işə düzəlir. Burada işlədiyi 2 il müddətində ona ağsaqqallıq edən professor Ənvər Əhmədovun gözəl insani keyfiyyətlərindən və xeyirxahlığından ürəkdolusu danışır. Sonralar isə yuxarıda yazdığım kimi pillələrlə, əzmkarlıqla doğma Bakı Dövlət Universitetinə gəlir və ucalır, layiqli yerinə sahib olur.

    Onun keçdiyi yollar dalğalı, enişli- yoxuşlu olub, buna görə də onun həyatına bu ağlı, qaralı günlər, qeyri-adi həyat burulğanları zənginlik bəxş edib, əlvanlıq qatıb. O, bütün əxlaqi, mənəvi keyfiyyətləri ilə ətrafına faydalı işlərlə xidmət edir.

    Anar müəllim yerindən, yurdundan ayrılmayan insandır. Elə buna görə də Cənub zonası, əvvəl Masallı, sonra isə Lənkəran seçiciləri tərəfindən Milli Məclisə deputat seçilmiş, öz seçicilərinə ləyaqətlə xidmət etməkdədir. O, seçiciləri ilə hər həftənin şənbə və bazar günləri görüşərək, onların problemlərini dinləyərək, mümkün qədər həllinə nail olur.

    Anar müəllimin 70 illik yubileyi yaxınlaşır, onun keçdiyi şanlı həyat yolu həm öz nəsli, həm də gələcək nəsillər üçün örnək olan bir həyatdır. 100 il yaşayın, Anar müəllim! Sizi bu yubiley münasibəti ilə ürəkdən təbrik edir, sizə yeni-yeni uğurlar arzu edirəm! 



    İmran Əbilov,
    “Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi”
















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:41 Mənalı ömrün işığında
    2. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    4. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    7. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    8. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    10. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    11. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    12. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    13. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    14. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    15. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    16. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    17. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    18. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    19. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    20. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    21. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    22. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    23. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    25. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    26. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    27. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    28. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    30. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    31. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    32. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    33. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    35. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    36. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    37. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    38. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    39. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    40. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ