Masallıda “Zəfər başlanğıcı – Tovuz döyüşləri” adlı tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Zəfər başlanğıcı – Tovuz döyüşləri” adlı tədbir keçirilib

    Masallıda “Zəfər başlanğıcı – Tovuz döyüşləri” adlı tədbir keçirilib

     
    Masallıda “Zəfər başlanğıcı – Tovuz döyüşləri” adlı tədbir keçirilib

    12 iyul 2023-cü il tarixdə Masallıda, rayon tarix-diyarşünaslıq muzeyi və mərkəzi kitabxana sisteminin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar “Zəfər başlanğıcı – Tovuz döyüşləri” adlı tədbir keçirilib.

    Muzeydə təşkil olunan dəyirmi masada Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğlu mayor Anar Novruzovun doğmaları, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət və media nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
    Tədbir öncəsi respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
     
    Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyi Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, “Cənub.az” saytının redaktoru Zahir Əmənov, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, yazıçı-publisist Nurəddin Ədiloğlu, «Yeni həyat» qəzetinin əməkdaşı Akif Ağayev, “Azərbaycan Bayrağı” ordenli şəhid Sahib Şirəliyevin atası Yusif Şirəliyev, ehtiyatda olan hərbçi Ədalət Hüseynov çıxışlarında 2020-ci il iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törətdiyi təxribatın qarşısının alınmasında qəhrəmanlıq göstərmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və Anar Novruzov, eləcə də digər zabit və əsgərlərimizin şərəfli, müqəddəs ömür yolunun gənclərə, gələcək nəsillərə örnək olduğunu, eləcə də Tovuz döyüşlərinin hər birimizin Ali Baş Komandan cənab İlham Əliyevin  ətrafında daha sıx birləşməsinə zəmin yaratdığını və bu ordu-xalq birliyinin 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərlə nəticələndiyini diqqətə çatdırıblar.

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov, eləcə də tədbirə videobağlantı vasitəsilə qoşulan, Azərbaycanın Milli Qəhrəmanları – şəhid, general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Mirzəyev qardaşları ilə fəxr etdiklərini, dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək tədbirin təşkilinə görə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

     


     










    Akif AĞAYEV


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ