Главная > Maraqlı > Lənkəran və Masallının turizm obyektlərində polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib

Lənkəran və Masallının turizm obyektlərində polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib


26-07-2023, 10:25. Разместил: admin44

Yay turizm mövsümü ilə əlaqədar olaraq Lənkəran və Masallıda insanların çimərlik və istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə qorunması məqsədilə xidmətdə olan canlı qüvvə və xidməti avtomobillərin sayı artırılıb.

Əhalinin Cənub bölgəsindəki istirahət mərkəzləri və çimərlik zonalarına axını nəzərə alınaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini və insanların rahat istirahətini təmin etmək üçün polis gücləndirilmiş iş rejimində xidmət aparır.







İlkin Adıyev



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад