Главная > Maraqlı > Masallıda İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri
Masallıda İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri31-07-2023, 19:06. Разместил: admin44 |
Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan alveri-ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib. Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda “İnsan alveri nədir?”, “İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, “İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, “İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə geniş məlumat verilib. Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 yarımbəndinin icrası məqsədilə təşkil edilib. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |