Xatirələrdə yaşayan Qurban müəllim » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xatirələrdə yaşayan Qurban müəllim

    Xatirələrdə yaşayan Qurban müəllim



    Dahi insanların həyatı bir dünyadır desək, yanılmarıq. Bu insanlar həyat boyu xalqına, Vətəninə sədaqətlə xidmət edir. Qurban Mürşüdov kimi.

    Qurban Mürşüdovun nəvəsi olaraq keçirdiyim qürur hissi ölçüyəgəlməzdir.

    Uşaqlıq illərindən uzaqlaşdıqca, vaxtilə çox adicə yaşanmış günlər belə getdikcə nağıllaşır, ülviləşir və böyük həsrət, xiffət mövzusuna çevrilir. Təbii ki, həmin illərin əziz yaxınları da daha böyük kövrəkliklə, doğmalıqla xatırlanır, nisgillənir. Onlardan hər birini itirdikdə isə sanki öz ömrünün də əziz günləri ilə vidalaşırsan.

    24 fevral 1920-ci ildə Masallının gözəl bir kəndində - Qodmanda dünyaya göz açmışdı Qurban Mürşüdov. Bir evə işıq saçan körpə çox çəkmədi ki, eldə, obada xətirli, hörmətli bir insan oldu.

    1939-cu ildə müəllimlik diplomu ilə Yardımlı rayonunun Telavar kəndinə təyinat almışdır.1939-1940-cı illərdə Yardımlının Dağüzü, Nisəkələ kəndlərində müəllim, 1941-ci ilin sentyabrından Nisəkələ kəndində məktəb direktoru kimi fəaliyyət göstərmişdir. 1944-cü ilin avqust ayından Yardımlı rayon Xalq Maarif Şöbəsinin inspektoru vəzifəsində çalışmışdır. 1945-ci ilin sentyabr ayında doğulduğu Qodman kəndində pedaqoji fəaliyyətini məktəb direktoru kimi 1949-cu ilin sentyabrına qədər davam etdirmişdir. O özü deyərmiş ki, illər insanı arxayınlaşdırır. Ömrümüzü günlərlə, saatlarla ölçmək lazımdır. 1949-cu ilin sentyabrında Azərbaycan KP Masallı rayon Komitəsində "partkabinet"in müdiri təyin olunduqdan sonra 1950-ci ildən Azərbaycan KP MK yanında Ali Partiya Məktəbinin müdavimi olmuşdur.

    1950-ci ilin sentyabr ayından 1956-cı ilin dekabr ayına kimi Azərbaycan KP Yardımlı rayon Komitəsinin III və II katibi vəzifələrində çalışmışdır. İnsanı gözəlləşdirən vəzifə deyil, vəzifəni gözəlləşdirən insandır, deyirlər. 1954-cü ildə qiyabi olaraq Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat fakültəsini bitirib.

    1957-ci ilin martında Masallı rayon İcraiyyə Komitəsinin sədr müavini, 1961-1963-cü illərdə sədri vəzifəsində çalışmışdır.

    Qurban Mürşüdov qismətinə düşən çox səlahiyyətli vəzifələrdə çalışıb. Lakin qəlbən, ruhən, daxilən, təbiətən müəllim olmuşdur. O, "MÜƏLLİM" müraciəti ilə həmişə fəxr etmiş, qürur duymuşdur. Masallı təhsilinə rəhbərlik etdiyi 1963-cü ilin yanvarından 1970-ci ilin oktyabr ayına kimi rayonda məktəblərin tikintisinə, müəllim kadrlarının mənəvi saflığına xüsusi diqqət yetirmişdir. Növbəti bir ili Masallı şəhər 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışdıqdan sonra 1971-ci ilin noyabrından 1974-cü ilin dekabrınadək Masallı rayonundakı K.Marks adına sovxozun direktoru işləmiş, ona etibar olunan bütün sahələrdə özünü doğrultmuşdur. 1975-ci ilin yanvarından ömrünün sonuna kimi - 1984-cü ilin yanvar ayının 7-nə qədər Masallı rayon OADKYC-nin sədri olmuşdur.

    Əmək fəaliyyəti dövründə dəfələrlə Yardımlı və Masallı rayon sovetlərinin deputatı, plenum üzvü, Ərkivan kənd ZDS-nin deputatı, Ümumittifaq Müəllimlər qurultaylarına nümayəndə seçilmişdir. "Arxa cəbhədə göstərdiyi igidliyə görə", "Əməkdə fərqlənməyə görə", "Lenin yubiley" medalları ilə təltif olunmuş, "Xalq maarifi əlaçısı" fəxri adına layiq görülmüşdür.

    Doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmişdir. Qurban Mürşüdov nəyinki Masallida, umumiyyətlə cənub zonasında hörməti, sevgisi, qayğısı ilə tanınırdı. Vəfatından uzun illər keçməsinə baxmayaraq eyni ehtiramla yada salınır, rəhmət oxunur. Özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, yaddaşlarda silinməz iz qoydu. Masallı rayonunun çox tanınmış dəyərli ziyalılarından olmaqla müəllimlik peşəsini sevdirib hörmətli edənlərdəndir. Əsl ziyalı davranışı ona böyük hörmət qazandırmışdır. Səmimiliyi, sadəliyi, mehribanlığı onun gözəl keyfiyyətlərindən olub. Daim məsuliyyət hissi olub çiynimdə, kökdən gələn, irsdən gələn məsuliyyət. Doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmişdir.
    "Aa, sən Qurban Mürşüdovun nəvəsisən" deyən hər kəsdə ona olan sevgini, hörməti hiss edəndə yaşayır insan, yaradaraq yaşamaq eşqi ilə vurur sinədəki ürək. Babam vəfat edəndə çox uşaq olmuşam.Yalnız vəfat günü, cüzi epizodlarla yadımda qalıb,bəlkə də uşaq düşüncəylə evdəki insan izdihamından heyrətləndiyimdəndi,yaddaşıma həkk oldu o gün.
    Nə qədər xatirələri vərəqləsəm də, körpə dünyamda babamla qalan yeganə xatirə həmin gündür.Yalnız haqqında danışılan gözəl sözlərdən,gördüyü xeyirxah işlərdən,insanlıq nümunəsi kimi örnək göstərilən şəxsiyyətdən danışılanları eşidərək "mənim babam"xatirələrini yaradıb onunla qürur duydum.

     Qurban Mürşüdovun bir çox xüsusiyyətlərinin cəmləşdiyi, əməlləri ilə atasına layiq olan, bilik, bacarıq və qabiliyyəti çərçivəsində şəxsiyyət kimi ömür sürən atam Məmməd Mürşüdov dövrünün ən savadlı, peşəsini sevən, öyrətməyi - öyrənməyi sevən, insanları sevən, hər kəsə fərdi şəxs kimi yanaşıb hörmət edən müəllim idi. Eynən atasına layiq olmağa çalışan Məmməd Mürşüdov. Soyuna, kökünə layiq ömür sürən, valideynlərinə layiqli oğul olan, həyatı boyunca nizam tərəzisini düz ölçən, haqq-ədalət prinsipini həyat amalına çevirən, həyat yolunu şərəflə yaşayıb, hörmətli başa vuran Məmməd Mürşüdov Qurban oğlu. Atasının yolu ilə getdi.Atasından örnək götürüb şərəfli ömür yaşadı. Məmməd müəllim təbiətcə çox xeyirxah, zarafatcıl və sözünü açıq deyən mərd insan idi. Dostluqda isə əvəzsiz, çox qayğıkeş və səmimi idi.
    Sadə sürdü həyatını, dost kimi əsl dost oldu, qohum kimi can yandırdı, yoldaş kimi sirdaş oldu, oğul kimi örnək, ata kimi Ata oldu.

    Yəqin ki, dünyada bircə nəfərə ölümsüzlük bəxş edilmiş olsaydı, hamı üçün ölüm daha qorxunc görünərdi, yaşamaq həsrəti və həsədi daha güclü olardı. Lakin indi hər kəs ölümünə hər şeydən artıq əmindir və hamı da məyus öz "növbəsini" gözləyir. Yeganə təsəlli özündən sonra qalacaq xatirələrdi. Və onların xatirəsi isə heç vaxt unudulmayacaqdır.

     

                                              

    Dilarə HÜSEYNOVA,
    Masallı Dövlət Regional Kollecinin müəllimi.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    2. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    3. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    4. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    5. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    6. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    7. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    8. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    9. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    10. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    11. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    12. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    13. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    14. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    15. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    16. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    17. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    20. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    21. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    22. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    24. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    25. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    26. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    27. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    28. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    29. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    30. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    31. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    32. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    33. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    34. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    35. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    37. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    38. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    39. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    40. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ