Hər bir halda Azərbaycan öz nüfuzunu dünya arenasında müdafiə etmək və daha da artırmaq iqtidarındadır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Hər bir halda Azərbaycan öz nüfuzunu dünya arenasında müdafiə etmək və daha da artırmaq iqtidarındadır

    Hər bir halda Azərbaycan öz nüfuzunu dünya arenasında müdafiə etmək və daha da artırmaq iqtidarındadır


       

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Prezident İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən xüsusi məsələlərə toxunub ki, bunların başında, hazırda Cənubi Qafqazda yaranmış və yenicə sonlanmağa yaxın olan qeyri-stabil vəziyyətin səbəb və səbəbkarları dayanır. Cənab Prezident qeyd edib ki,  Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə “məşğul” olsa da heç bir nəticə əldə edilməmişdir. Münaqişənin həlli adı ilə dəstək istəsək də Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Çünki, bu zaman kəsiyində Minsk qrupu tərəfindən Ermənistana heç bir təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Bütün bu boş fəaliyyətdən cana doyan Azərbaycan 2020-ci ilin sentyabrında dünyanı ədalət anlayışı ilə tanış etməyə, qələmlə bərpa olunmayan haqqın qanla bərqarar ola biləcəyinə inandırmağa və bunu sübut etməyə qərar verdi. Beləliklə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Bundan əlavə üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Bu da Antiterror tədbirlərini qaçılmaz etdi və xüsusən də ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurdu. Indi isə vəziyyət tamamən başqadır artıq Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Lakin qeyd edilməlidir ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bütün bunlar özlüyündə gələcək sülhə və bu sülhün əbədi olmasına təhdid törədir. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan baş-başa olsa çoxdan bu məsələni həll etmişdik. Amma əfsuslar ki, orta da şər qüvvələr var. Bəlli bir məsələdir ki, Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Bunun təbii ki, səbəblərini bilirik. Əlbəttə ki, Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması da məhz sözügedən siyasətin təzahürüdür. Lakin bir məqamı unutmamaq lazımdır, hər an “Dərviş Parisi partlada bilər”. Fransanın və onun müttəfiqlərinin “səyi” nəticəsində AŞPA-da maneələrlə üzləşirik.  Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Bu da onu sübut edir ki, Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir və bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Bizim fikrimizcə Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Qeyd edilməlidir ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür. Yəni hər bir halda Azərbaycan öz nüfuzunu dünya arenasında müdafiə etmək və daha da artırmaq iqtidarındadır. Belə olan halda AŞPA və bu kimi qurumlar ədalət tərəzilərinə çəki-düzən verməlidirlər. 

     

                      
    Tural Sadıqov,
    Masallı  Gənclər evinin metodisti


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    2. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    3. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    4. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    5. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    6. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    7. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    8. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    9. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    10. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    11. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    12. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    13. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    14. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    15. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    16. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    17. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    18. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    19. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    20. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    21. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    24. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    25. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    26. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    27. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    28. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    29. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    30. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    31. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    32. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    33. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    34. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    36. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    37. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    38. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    39. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    40. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ