Главная > Maraqlı > Şuşanın dirçəldilməsi

Şuşanın dirçəldilməsi


14-05-2024, 10:38. Разместил: admin44

                 
Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İlk vaxtlarda bu yaşayış məskəni Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" adlandırılıb.Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb. İbrahimxəlil xanındövründə isə Şuşa qalasının divarları və strateji əhəmiyyətli qalalar tikilib. Şəhər qısa zamanda xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edib. Şuşa təkcə tikililəri ilə deyil, eyni zamanda, havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından da vacib hesab olunub. XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində bitməyən "Xarı bülbül" yetişir. Qarabağ xanlığının paytaxtı olan Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırırdılar. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

Şuşanın tarixini yaxşı bilən Ümummilli Lider şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Dahi lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu öndər Heydər Əliyev Şuşanın abidələr şəhəri olduğunu, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumağın, qədim tikililəri bərpa etməyin vacibliyini qeyd edib və bundan sonra bu şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə mühüm işlər həyata keçirilib.
       
1990-cı ilin əvvəllərində Ermənistan silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycanda baş verən xaos və anarxiyadan istifadə edərək ölkəmizə qarşı hücumlar təşkil edirdilər. Həmin dövrdə Azərbaycanda vahid ordunun olmaması və hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. 1992-ci il mayın 8-də Şuşa şəhəri də düşmən işğalına məruz qaldı. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala saldılar.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi.

Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur.Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.



Cabbarova  Leyla,
Masallı Gənclər Evi  
Masallı rayonu, Qasımlı kəndi


шаблоны для dle 11.2
Вернуться назад