“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

    “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub


    Tanınmış tənqidçi, ədəbiyyatşünas Mehman Qaraxanoğlunun Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdulla: yaradıcılıq stixiyası” adlı kitabı çap olunub.

    Kitabda Mehman Qaraxanoğlunun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın yaradıcılığına həsr etdiyi ədəbi-tənqidi təhlillər və esselər toplanıb.

    Müəllifin müxtəlif zamanlarda qələmə aldığı ədəbi-tənqidi məqalə və esselərini bir araya gətirən kitabda Xalq yazıçısı Kamal Abdullanın fundamental elmi və bədii yaradıcılığı ədəbi düşüncənin müasir elmi-nəzəri problemləri müstəvisində analitik tədqiqə cəlb olunur. Mehman Qaraxanoğlu müxtəlif hermenevtik üsul və hissi-analitik yanaşmalarla özünəməxsus fərqli təhlillər apararaq Kamal Abdullanın əsərlərindəki mürəkkəb məna qatlarını, dərin estetik dəyərləri diqqət mərkəzinə çəkərək, yazıçının yaradıcılığını geniş və hərtərəfli şəkildə təhlil edir. Kitabda, həmçinin Xalq yazıçının milli söz sənətinə gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri tədqiq edilir.

    “Füyuzat” nəşriyyatında işıq üzü görən “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabının elmi redaktoru akademik Muxtar İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır. Nəşrin rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Ağahüseyn Şükürov və Adil Həsənoğludur.

    Kitabda toplanan məqalələr müxtəlif zamanlarda qələmə alınsa da, bu mətnlər ayrı-ayrı fəsillərdə (“Müxtəlifliyin harmoniyası”, “Kamal Abdulla hekayələrinin meditasiyası: özünü oxu, özünü şərh et!”, “Görükməz təpə”lər: romanlar”) bir-biri ilə elə məharətlə birləşdirilir ki, bitkin məzmun alınır. Kamal Abdullanın bütövlükdə bədii yaradıcılığını müxtəlif aspektlərdən təhlilə çəkən həmin mətnlərdə akademikin fundamental elmi yaradıcılığı da fərqli prizmadan araşdırılır: “Kamal Abdullanın elmi fəaliyyəti haqqında saatlarla danışmaq olar. Bir də axı nə elmi fəaliyyət?! Məgər ayrılıqda “elmi fəaliyyət” var? Onun üçün belə şeylər yoxdur. Elm Kamal müəllim üçün sınırları məlum olmayan nəhəng bir yaradıcılıq növü, qeyri-səlis məntiqlə, vird, vəcd və sonsuz metamorfozlarla iç-içə olan bütöv bir Kosmosdur!” Təbii ki, nəşrdə başlıca diqqət Kamal Abdullanın mifoloji mətnlərinə, “Dədə Qorqud” sevgisinə yönəldilir: “Ümumiyyətlə, qeyri-səlis məntiq nəzriyyəsi bütün elm və incəsənət sahələrində son nöqtənin olmadığını bəyan edir. Zənnimizcə, Kamal Abdullanın “Dədə Qorqud”dan heç cür qopa və ona son nöqtəsini qoya bilməməsinin başlıca səbəblərindən biri də budur”.

    Beləliklə, kitab oxucunu bütövlükdə Kamal Abdulla yaradıcılığının dərkinə aparan yeni cığırlar salır. Bu yollar yazıçının mətnlərinin dərin məna qatlarına, fəlsəfi mahiyyətinə işıq saçdıqca, bu əsərlərin təkcə milli söz sənətinə deyil, bütövlükdə dünya elmi və mədəniyyətinə verdiyi töhfələr də xüsusi vurğulanır. Ədibin yaradıcılığına dərin fəlsəfi yanaşma, analitik təhlil, öz növbəsində, Kamal Abdullanın mətnlərinə fərqli rakursdan baxmaq fürsəti verir, yazıçının ədəbi dünyasını dərindən dərk etməyə yardım edir. Beləliklə, Mehman Qaraxanoğlunun təqdim etdiyi yeni nəşr Kamal Abdulla əsərlərinin qavranılmasında yeni perspektivlər açır, bu bənzərsiz yaradıcılığın dərinliklərinə baş vurmaq istəyən hər bir oxucu üçün dəyərli ədəbi-nəzəri mənbəyə çevrilir.




    Kulis.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ