Главная > Maraqlı > Masallıda “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə iş

Masallıda “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə iş


1-10-2024, 15:36. Разместил: admin44

Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə məlumat.

Özünüməşğulluğun təşkili tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət və yardımların veirlməsi) “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünəməşğulluğun təmin olunmasına dəstək) keçidin təmin edilməsidir.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Masallı rayonu üzrə son 2 ay ərzində (01.08.2024-cü il tarixdən 30.09.2024-cü il tarixədək) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərdən 20 nəfəri aktivlərlə təmin edilmişdir. Onlardan 14 nəfəri “Kiçik dərzi sexi”, 3 nəfəri “PVC qapı və pəncərələrin istehsalı”, 2 nəfəri “Broyler inkubatoru”, 1 nəfəri “Kişi bərbərxanası” avadanlıqları ilə təmin edilmişdir.шаблоны для dle 11.2
Вернуться назад