27 il sonra "Dəmir yumruq"əməliyyatı nəticəsində Cəbrayıl düşmən tapdağından azad olundu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 27 il sonra "Dəmir yumruq"əməliyyatı nəticəsində Cəbrayıl düşmən tapdağından azad olundu

    27 il sonra "Dəmir yumruq"əməliyyatı nəticəsində Cəbrayıl düşmən tapdağından azad olundu

           
    4 oktyabr 2020-ci il Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür.30 illik həsrətin ilk sevinci Cəbrayılın payına düşür. Daha obrazlı desək, işğal zəncirindən ilk qırılan bu şəhər olmuşdur.
         
    Azərbaycan xalqına axşam saatlarında verilən bu xəbər nəinki bütün ölkə vətəndaşlarının, dünyanın hər tərəfində qəlbi Vətən eşqi ilə döyünən millət nümayəndələrinin böyük sevincinə səbəb oldu.Bu hadisə yaddaşlara əbədi həkk olundu. Bu tarixi gün əbədiləşdirildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu.
           
    Cəbrayıl azad olunsa da işğalın doğurduğu acı xatirələr cəbrayıllıların xatirəsindən silinməmişdir.Rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahli Qüvvələri tərəfindən işğal olunmuşdur.Erməni vandalizmi nəticəsində şəhərə 13,928 milyard ABŞ dolları dəyərində ziyan dəymiş, maddi-mədəni, tarixi abidələri dağıdılmış, şəhərin flora və faunası,relyefinə belə mənfi təsir göstərmişdir.
           
    Cəbrayılın azad olunması uğrunda dəfələrlə cəhdlər olunmuşdur.Lakin 27 il sonra "Dəmir yumruq"əməliyyatı nəticəsində Cəbrayıl düşmən tapdağından azad olundu.İlk olaraq Böyük Mərcanlı və Nüzgar kəndləri, sonra Mehdili, Çaxırlı kəndi, 4 oktyabr tarixində isə Cəbrayıl əsarətdən xilas oldu.Ali Baş Komandan bu müjdəli xəbəri böyük sevinc və qürurla xalqa çatdırdı.
         
    Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi vacib idi.Ona görə ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaranırdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonuna girmək , düşmənin şər  yuvasıni dağıtmaq, zəhərli başını əzmək üçün yol  açılırdı.Belə də oldu.Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.
         
    Cəbrayıl azad olunandan sonra daha atışma səsləri eşidilmədi.Onların əvəzinə sənaye maşınları,kənd təsərrüfatı texnikası şəhərdə abadlıq işlərini həyata keçirməyə başladı.Qaranlığa qərq olunmuş şəhər elektrik xətlərinin çəkilməsi nəticəsində çıraqbana çevrildi. Şəhərdə hərtərəfli təmir-bərpa, tikinti işləri başlandı. Tarixiliyi qorumaq şərtilə tarixi abidələr bərpa olunmağa, məktəb, xəstəxana, mədəniyyət və incəsənət mərkəzləri tikilməyə başlandı.
         
    Cəbrayılda baş tutan quruculuq işləri qardaş ölkə Türkiyənin də diqqətindən yayınmadı.Prezident Rəcəb Tayyib Ərdoğan bu layihələrin həyata keçirilməsində fəal iştirakçıya çevrildi.2023-cü ildə Cəbrayıl üçün tikinti-quruculuq işləri xarakterizə olundu.Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu.Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir.
         
    Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib.Cəbrayıl üçün görüləcək işlər bununla bitmir.
         
    Təbii ki,bütün bunlar Cəbrayılın simasını dəyişəcək, azad, abad, zəngin bir diyara çevirəcəkdir.
           
    Azərbaycan xalqı işğaldan azad olunmuş torpaqlara görə Ali Baş Komanadana və canını Vətən torpağı uğrunda qurban verən şəhidlərimizə,sağlamlığını itirən qazilərimizə borcludur.Ali Baş Komandanın siyasəti və Azərbaycan ordusunun birliyi, şücaəti, əzmkarlığı, inamı sayəsində torpaqlarımız azd olundu.

         

               

    Abbasova Sima,
    Masallı rayonu Mahmudavar kəndi.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ