Главная > Maraqlı > Masallı rayonunda çəltik biçini uğurla davam edir

Masallı rayonunda çəltik biçini uğurla davam edir


11-10-2024, 18:15. Разместил: admin44


Rayon ərazisində təxminən 138 hektardan artıq çəltik əkilmişdir. Əkilən çəltik əsasən Haşimi, Apola və Sədri  növləri olmuşdur. Əkin sahələrinin hazırlanmasında Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsində olan şum traktorları, ağır diskli mala və çəltikəkən texnikadan istifadə olunmuşdur. Həmçinin torpaq sahələrinin mineral gübrələrlə verimliliyin (məhsuldarlığın) artırılması məqsədilə fermerlərə Ammonium nitrat, Ammofos, Karbamid və Ammonium sulfat gübrələri vaxtında çatdırılmışdır.

Hazırda rayon ərazisində şəltik yığımı uğurla davam edir. Məhsuldarlıq (orta hesabla) 33.4 sentner təşkil edir. Yığımda Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin iki ədəd çəltikyığan kombaynı və bundan başqa bir ədəd şəxsi kombayn iştirak edir. Məhsuldarlığın yaxşı olması və kombaynların itkisiz (minimum itki ilə) məhsul yığımı fermerlərin sevincinə səbəb olmuşdur.





шаблоны для dle 11.2
Вернуться назад