Главная > Maraqlı > Türkoba ərazisində məktəbə gedən yola və məktəbin həyətinə çınqıl tökülmüşdür
Türkoba ərazisində məktəbə gedən yola və məktəbin həyətinə çınqıl tökülmüşdürBu gün, 09:29. Разместил: admin44 |
Masallının yaşayış məntəqələrində xeyriyyəçilər tərəfindən görülən işlər artıq ənənə halını almışdır. Bir sıra infrastruktur lahiyələrə xeyriyyəçi əhali tərəfindən dəstək göstərilir. Bunun bariz nümunələrindən biri kimi Türkoba kənd xeyriyyəçilərini qeyd etmək olar. Belə ki, ölkə hüdudlarından kənarda olmalarına baxmayaraq doğulub boya-başa çatdıqları yaşayış məntəqəsinin inkişafı üçün əllərindən gələni edirlər. Qeyd etmək istərdik ki, ölkəmizdən xaricdə yaşayan türkoba kənd xeyriyyəçilərin maliyyə dəstəyi ilə Səməd Vurğun adına Türkoba kənd orta məktəbinə gedən ümumi uzunluğu 600 metr olan yola və məktəbin həyətinə şagirdlərin təhsil ocağına rahat gedib-gəlməsi üçün çınqıl tökülərək yayılmasını təmin etmişlər. Вернуться назад |