“8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü”

    “8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü”


    Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Zəfər Günü ilə əlaqədar “8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü” mövzusunda tədbir keçirib.

    Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Bayraq Günü və 21 Noyabr - Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb: “Bu şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, o cümlədən torpaqlarımızı canları bahasına azad edən şəhidlər və sağlamlığını itirən qazilər xalqımıza bəxş etdi. 2020-ci ilin sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu”.

    S.Əliyev qeyd edib ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi: “Bu Zəfər dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Dünya azərbaycanlıları milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Böyük Qələbəni yüksək səviyyədə qeyd edir”.

    Çıxış edən Masallı şəhər 1 saylı tam orta məktəbin ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq:  “Azərbaycan xalqı xoşbəxtdir ki, bu tarixi Qələbənin sevincini böyük qürur hissi ilə yaşayır. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

    Daha sonra şəhid atası Teymur Hüseynov, Vətən müharibəsi iştirakçılarından Nazim Cəfərov, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Nurlan Muradov, “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Nahid Rəhimov və başqaları şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Onlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    2. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    3. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    4. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    6. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    8. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    9. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    11. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    12. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    13. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    14. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    15. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    16. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    18. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    19. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    20. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    22. 09:23 “Bizim Əliş müəllim”
    23. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    25. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    26. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    28. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    29. 11:00 Kəlbəcər Azaddır! 
    30. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    31. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    32. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    33. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    34. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    37. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    38. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    40. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ