Ali Baş Komandan Azərbaycanı güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevirib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ali Baş Komandan Azərbaycanı güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevirib

    Ali Baş Komandan Azərbaycanı güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevirib


    Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin üçüncü ildönümünü böyük coşqu ilə qeyd edir. Oktyabr ayının 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində müqəddəs Azərbaycan Bayrağını ucaltmaqla Şanlı Zəfərimizin sevinc və qürurunu xalqa bir daha yaşatdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu XXI əsrdə genişmiqyaslı hərbi əməliyyatlar apararaq öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş ilk ordu oldu. 30 ilə yaxın müddət davam edən erməni işğalı dövründə bu münaqişəni dinc yolla həll etmək səlahiyyətinə malik olan beynəlxalq təşkilatlar işğala son qoymaq üçün heç nə etmədilər, əksinə münaqişəni həmişəlik dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq üçün çalışdılar. Ölkəmizə və xalqımıza qarşı ikili standartlar tətbiq edildi. Beynəlxalq riyakarlıq Azərbaycana öz problemlərini özünün həll etməli olacağını aşkar şəkildə göstərdi. 

    Lakin Ölkə Prezidenti cənab İlham Əliyev sonda məhz bu vəziyyətin yaranacağını hələ əsrin əvvələrindən çox yaxşı bilirdi. Buna görə də 2003-2020-ci illər ərzində Azərbaycanın Vətən müharibəsinə hazır olması üçün möhtərəm dövlət başçımız tərəfindən bütün zəruri tədbirlər görüldü, məqsədyönlü addımlar atıldı. Bu illər ərzində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevrildi. Məhz bu göstəricilər Vətən müharibəsinin müqəddəratını həll edən əsas amillər kimi çıxış etdi.
             
      Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi zəruri tədbirlər nəticəsində müharibənin sonluğu artıq ilk gündən məlum olsa da, tarixi Qələbəmizin siyasi müstəvidə də təsdiqlənməsi vacib şərt idi: “2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə son 2003-2020-ci illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. 

    Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman əsgər və zabitləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Qeyd olunmalıdır ki, hərbi əməliyyatların gedişində cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, düşmən silahları yerə qoyarsa, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verərsə, Azərbaycan müharibəni dayandırmağa hazırdır. Buna görə də, düşmən təslim olmaq niyyətini bildirən kimi, Azərbaycan hərbi əməliyyatları dayandırdı. 

    O zaman bəziləri sual verirdi ki, nə üçün dövlətimiz noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdi? Kimsə hesab edirdi ki, hərbi əməliyyatları davam etdirmək, Xankəndiyə, Xocalıya və digər ərazilərə də daxil olmaq lazımdır. Lakin müharibə təkcə savaş meydanında aparılmır. Hərbi yolla əldə olunmuş qələbə yalnız siyasi müstəvidə də öz təsdiqini tapdıqdan sonra tam və qəti olur. Tarixi Qələbəmizdən üç il sonra Xankəndidə müqəddəs üçrəngli Bayrağımızı qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha sübut etdi ki, nəyi harada və nə zaman etməyin lazım olduğunu dövlətimizin başçısı özü hər kəsdən daha yaxşı bilir.
                   
    Azərbaycanın 2020-ci ildə işğala son qoymaq üçün hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldığı kimi, bu il də Qarabağda konstitusiya quruluşunu bərpa etmək məqsədilə yenidən güc tətbiq etməyə məcbur olduğunu vurğulayıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Ölkəmiz son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu da dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir haldır. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Buna görə də Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu. Şanlı Ordumuz növbəti dəfə II Qarabağ savaşından üç il sonra, 19 sentyabr 2023-cü il tarixində başladığı və cəmi 23 saat davam edən antiterror əməliyyatının gedişində bir daha sübut etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Bu əməliyyatın nəticəsində Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi və artıq bütün ölkə ərazisində suverenliyini tam bərpa etdi.




     

    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ