“Bayraq mənliyimdir, bayraq kimliyim” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Bayraq mənliyimdir, bayraq kimliyim”

    “Bayraq mənliyimdir, bayraq kimliyim”

               
    Doğma Azərbaycanımızın təqvimində qırmızı rəqəmlə qeyd olunmuş günlərdən biri də 9 Noyabr günüdür.Bu gün tariximizə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi daxil olmuşdur.Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir.

    Torpaq -Vətən deməkdir, Vətən-dövlətdir, dövlətin rəmzi isə - bayraqdır. Hər bir dövlətin və xalqın kimliyini,düşüncə tərzini,mənəvi dünyasını,suverenliyini  göstərən onun bayrağıdır.Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür.

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə,milli-mənəvi dəyərlərə ,ümumibəşəri ideyalara sadiqliyinin göstəricisidir. Müqəddəs Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9- da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az oldu, cəmi 23 ay yaşadı. Sovet hakimiyyəti illərində xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı.Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi.Xalq üçrəngli bayrağımızın yenidən dalğalanacağına  əmin idi.Bəli,xalqın arzuları öz təsdiqini tapdı. Bütün çətinliklərə baxmayaraq, Dövlət bayrağımız 1990- cı  il noyabr ayının 17- də  Naxçıvanda Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək  yenidən yüksəklərə qaldırıldı. 1991-ci il fevral ayının 5- də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu  qəbul etdi. Bu konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Beləliklə, müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş mavi,qırmızı,yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir.Mavi rəng- türk soyumuzu, qırmızı rəng -müasirliyimizi, yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir.

     Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncami ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bu gün başımızın üstündə üçrəngli bayrağımız dalğalanırsa, dəmək ki, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Sentyabr ayının 27- dən başlayaraq dövlətmizin gücünü , xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirən üçrəngli bayrağım bu gün ən yüksək zirvələrdə, ən müqəddəs yerlərdə dalğalanır.Bəli, ən müqəddəs yerlərdə-doğma Dağlıq Qarabağımızda, Şuşamızda, Laçınımzda, Kəlbəcərimizdə, Qubadlımızda.

    Üçrəngli Bayrağım mənim qələbə sevincimdir, Vətənimin zəfər günündə göylərə yüksələn qürur duyduğum nişanədir. 

                    
     Şairin dediyi kimi:"Bayraq mənliyimdir,bayraq kimliyim.Bayaq-öz yurduma öz hakimliyim".

     


    Həşimova Aygül,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 sayli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ