Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

    Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir


     Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Xüsusilə qeyd edilməlidir ki, bu proseslərdə beynəlxalq güclərin, dünyadakı qrupların, elitaların rəyləri vacibdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. 2020-ci il ərzində də həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi, başda TAP kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli layihə olmaqla, müxtəlif enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna nail ola bilmədilər.

    Bundan başqa, son 1 il ərzində məhz Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində apardığı informasiya siyasəti nəticəsində artıq dünya Ermənistanı və erməniləri “yazıq və əzabkeş xalq” kimi deyil, əksinə, təcavüzkar və terrorçu, faşist obrazında tanımağa başlayıb. Aparılan diplomatik və informasiya sahəsindəki uğurlu siyasət bu il də bir neçə təşkilatın münaqişə ilə bağlı Azərbaycanın lehinə bəyanatlar, qətnamələr qəbul etməsi ilə nəticələndi. 2020-ci ilə qədər və 2020-ci ildə qəbul edilən, Azərbaycanın torpaqlarının işğal olunmasını sübut edən sənədlər sözsüz ki, 44 günlük müharibədə qələbə qazanmağımızda mühüm rol oynadı. BMT Təhlükəsizlik Şurasının qətnaməsindən tutmuş ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və qətnamələr, verilən bəyanatlar İkinci Qarabağ müharibəsinə qədər sülh danışıqlarında rəsmi Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Bakıya işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu verirdi.

    Nəhayət, 30 il ərzində sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.Beləcə, 2020-ci ildə Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərini yaşadı. Ali Baş Komandanın başçılığı altında xalqımız yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazmağa müvəffəq oldu. Azərbaycan 2021-ci ilə bəlkə də dünənə qədər təsəvvür edə bilmədiyi reallıqla daxil olur: İşğal altındakı torpaqların azad olunması və torpaqlarımıza Böyük Qayıdış.

    Bununla da, ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardığı mənfur siyasətə son qoyuldu. Düz 200 ilə yaxın idi ki, geosiyasi güclər erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirməkdə, ermənilər isə “dənizdən-dənizə” ideologiyalarını reallaşdırmaqla məşğul idilər. Artıq bütün bunlara son qoyuldu. Ali Baş komandanın rəhbərliyi altında ordumuz regionun siyasi xəritəsini dəyişəcək bir tarixi, bölgədə gələcək proseslərin istiqamətini dəyişəcək bir tarixi, əsrlərdir qələbəyə həsrət qaldığımız bir tarixi yazdı.

      



    Cəlal Məmmədli,
    Masallı Tarix Diyarşünaslıq muzeyin Fond mühafizəçisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ