Главная > Maraqlı > Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə18-11-2024, 23:00. Разместил: admin44 |
Özünüməşğulluğun təşkili tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət və yardımların verilməsi) “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünəməşğulluğun təmin olunmasına dəstək) keçidin təmin edilməsidir. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Masallı rayonu üzrə son 2 ay ərzində (01.09.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərdən 72 nəfəri aktivlərlə təmin edilmişdir. Onlardan 26 nəfəri xırdabuynuzlu, 29 nəfəri iribuynuzlu heyvandarlıq, 4 nəfəri kiçik dülgər sexi, 3 nəfəri kiçik foto atelye, 3 nəfəri sanitar qovşağın quraşdırılması, 3 nəfəri kiçik dəmirçi sexi, 2 nəfəri avtorəngsaz, 1 nəfəri avtoçilingər və 1 nəfəri parket cilalama avadanlıqları ilə təmin edilmişdir. Вернуться назад |