Главная > Maraqlı > "Atalar və oğullar" yeni kitabda...
"Atalar və oğullar" yeni kitabda...10-12-2024, 10:27. Разместил: admin44 |
![]() Pedaqoq İttifaq Rzayevin müəllifi olduğu kitab, Qarabağ müharibəsində iştirak edən Viləş kəndindən olan döyüşçülərin və müharibə iştirakçılarının qəhrəmanlıqları, xatirələri, döyüş hekayələrindən bəhs edir. Kitabda I və II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlar və qazilərin bioqrafiyası ilə yanaşı onların fotoları təqdim edilmişdir. Təqdimatda rayon ziyalıları iştirak etmişdir. Qeyd edək ki, kitabın müəllifi İttifaq Rzayev uzun illər Seyran Hacıyev adına Viləş kənd orta məktəbində pedaqoji fəaliyyətdə olmuş və hal -hazırda təqaüddədir. ![]() ![]() ![]() ![]() Вернуться назад |