Qalib xalq kimi tanıtdı... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qalib xalq kimi tanıtdı...

    Qalib xalq kimi tanıtdı...



    Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

    Müasir tariximizə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. 
    İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. 

    Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi.Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə MDBƏİ-nin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləmişdir. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmış, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

    1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilmişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

     O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlamışdır. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və rəşadətli Ordumuzun gücü nəticəsində tarixi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 21 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və Qalib xalq kimi tanıtdı.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. 

    Evlidir. Üç övladı var.
    Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların orden, mükafat və fəxri adları ilə təltif olunmuşdur. Gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. İdman sahəsində yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. "Bakı-2015" I Yay Avropa Oyunları buna sübutdur. Ölkə idmançıları beynəlxalq yarışlarda parlaq uğurlar qazanmışdır. Uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.

     Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda, o cümlədən Masallıda Olimpiya İdman Kompleksinin, Taekvondo və Boks Mərkəzlərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürüdür.

    Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Təbii ki, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi ilə əlaqədar qarşıya qoyulan hədəflər də var. Ən başlıca hədəf isə Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Biz gələcəyə inamla və optimist baxırıq. Müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Azərbaycan daha böyük inkişafa doğru irəliləməkdədir və ölkəmizin gələcəyi daha işıqlı olacaq . Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan fayda görəcək və respublikamız, cəmiyyətimiz yüksəlişin yeni pilləsinə gəlib çıxacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə yeni və daha möhtəşəm uğurlara imza atacaq.





    İbrahim ŞÜKÜROV,
    YAP Masallı Rayon Təşkilatının fəalı.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    2. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    3. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    4. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    5. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    6. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    7. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    8. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    10. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    11. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    12. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    13. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    14. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    16. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    17. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    18. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    19. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    20. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    21. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    22. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    23. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    24. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    25. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    26. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    27. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    28. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    29. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    31. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    32. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    33. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    34. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    35. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    36. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    37. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    38. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    39. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    40. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ