Masallıda yazıçı-publisistin yubileyi qeyd olunub   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda yazıçı-publisistin yubileyi qeyd olunub  

    Masallıda yazıçı-publisistin yubileyi qeyd olunub  


     
    Xodaşirin Cəbiyev (Cabbari) – 70
     
    Masallıda yazıçı-publisist, jurnalist-araşdırmaçı Xodaşirin Cəbiyevin (Cabbari) anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib. 

    Mərkəzi Kitabxanada təşkil edilən tədbirdə rayonun tanınmış ziyalıları, yaradıcı adamları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
    Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və 25 dekabr 2024-cü il tarixdə aviaqəzada həlak olan sərnişinlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

    Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Günay Xəlilova müəssisədə vaxtaşırı kitab təqdimatlarının, tanınmış ictimai xadim, ağsaqqal, şair və yazıçılarla görüşlər keçirildiyini diqqətə çatdırıb. 

    Filoloq, yazıçı-publisist, jurnalist-araşdırmaçı, provizor Xodaşirin Cəbiyevin Azərbaycan dili yaradıcılığının tədqiqatçısı Əlizaman Baxış bildirib ki, yubilyar ömrünün ən dəyərli illərini, keşməkeşli həyatını xalqın sağlamlığına və maariflənməsinə həsr edib. O, dərin zəkası və yaradıcılıq potensialı sayəsində mahir əczaçı və bacarıqlı həkimliyi ilə yanaşı, ədib, jurnalist-tədqiqatçı, tərcüməçi, musiqiçi, bəstəkar, kinossenarist, maarifçi və ictimai xadim kimi ictimaiyyət arasında böyük şöhrət qazanıb. Ali təhsilli tibb mütəxəssisi olan X.Cəbiyev elmi-nəzəri və praktiki əsaslarla əczaçılıq işinin Masallıda ilk təşkilatçısı və qurucusu olub. Həmçinin, yeni texnologiya əsasında, hazırlanması yalnız zavod şəraitində mümkün olan 100-dən artıq dərman preparatının aptek şəraitində hazırlanmasına nail olub.

    Yazıçı-publisist, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev vurğulayıb ki, Xodaşirin Cəbiyev malik olduğu ensiklopedik bilik, istedad və bacarığı ilə böyük uğurlar əldə edib, özünəməxsus müsbət keyfiyyətləri və nümunəvi həyat tərzi ilə insanların sevimlisinə çevrilib: “Nəsr və poeziya sahəsində qələmini sınamaqla yanaşı, elmi və bədii-publisistik əsərlərə müəlliflik edən X.Cəbiyevin ictimai-siyasi mövzularda, Masallının görkəmli şəxsiyyətləri barədə onlarla məqalə və müsahibəsi mətbuatda dərc olunub, haqqında kitablar və bədii əsərlər yazılıb. Masallının mədəniyyət, muğam və musiqi tarixi, Mirkazım Aslanlı-Sarəng yaradıcılığı haqqında qiymətli araşdırmalar aparıb.”

    Filoloq, şərqşünas, professor İmamverdi Həmidov, Müharibə, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon şöbəsinin sədr müavini Ədalət Hüseynov, “Dodo” qəzetinin baş redaktoru İradə Məlikova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, şair Qədiməli Eloğlu, Camal Lalazoə, tanınmış həkim Ənvər Rüstəmov, mühəndis, hüquqşünas İntiqam İsayev, həkim-cərrah, şair Maarif Salayev, təqaüddə olan hidro-mühəndis, dövlət qulluğu veteranı Hüseynağa Heydərov, inşaatçı-mühəndis Nəriman Rəhimov və başqaları yubilyarı təbrik edərək zəngin karyerası və qiymətli araşdırmalarından söhbət açıb, daxili insani zənginliyi və mənəvi keyfiyyətlərilə əsl ziyalı və vətəndaş etalonu olduğunu vurğulayıb, ona yaradıcılıq uğurları arzulayblar. 

    Masallı Dövlət Regional Kollecinin tələbələri yubilyarın yaradıcılığını əks etdirən şeirlər söyləyiblər.
    Yubilyar Xodaşirin Cəbiyev ömür yolu, peşə və yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Masallı Rayon İcra Hakimiyyətinə, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə, xüsusilə kitabxananın rəhbərlik və kollektivinə minnətdarlığını bildirib.
     














    Akif AĞAYEV
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    2. 09:07 Ərazi nümayəndəsinin tribunası
    3. 09:05 Allah rəhmət eləsin
    4. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    5. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    6. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    7. 13:52 Allah rəhmət eləsin
    8. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    9. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 10:25 Bələdiyyə sədri
    11. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    12. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    13. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    14. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    15. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    17. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    18. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    19. 14:35 Yeni şeirlər
    20. 10:59 Perspektivli idmançıların aşkarlanması
    21. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    22. 15:56 100 illik ömrün işığı
    23. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    24. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    25. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    26. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    27. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    28. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    29. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    32. 14:19 QANLI YANVAR
    33. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    35. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    36. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    37. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    38. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    39. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    40. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ