Главная > Maraqlı > Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb   

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb   


Bu gün, 10:10. Разместил: admin44

Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalaraq, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi və öz xalqının, ölkəsinin ərazi bütövlüyü ilə yanaşı milli maraqlarını da misilsiz qətiyyətlə qoruyan Prezident İlham Əliyevin nümayiş etdirdiyi cəsarət bütün dost ölkələr, xalqlar kimi Gürcüstanı və qardaş gürcü xalqını, Gürcüstanın ləyaqətli vətəndaşları olan azərbaycanlıları da ilhamlandırıb. 

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Təsadüfi deyil ki, Gürcüstanın baş naziri mətbuata bəyanatında Azərbaycan Prezidentinə xitab edərək bu sözləri deyib: “Siz bizim üçün öz xalqının və dövlətinin maraqlarını qoruyaraq ölkəni irəli aparan lider nümunəsisiniz. Əminik ki, qardaşlığımız bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik”.

Gürcüstanın baş nazirinin səfəri çərçivəsində keçirdiyi görüşlər və Azərbaycan Prezidenti ilə birgə mətbuata bəyanatında verdiyi mesajlar Bakı və Tbilisinin bir-biriləri üçün üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir. 

Gürcüstanın hökumətinin başçısı həmçinin Bakıda yeni tikiləcək səfirlik binasının yerləşəcəyi ərazi ilə də tanış olub. Baş nazir Tbilisiyə göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib və Bakı ilə münasibətlərin dərinləşməsini ölkəsi üçün prioritet adlandırıb.  

İrakli Kobaxidzenin bu səmimi fikirləri gerçəkliyi əks etdirməklə birlikdə, Azərbaycan liderinin öz xalqı, ölkəsi ilə yanaşı bütün azadlıqsevər xalqlar, şəriksiz müstəqillik yolunu seçən dövlətlər üçün istinad mənbəyi olduğunu göstərir.

Gürcüstanla Azərbaycanın münasibətlərinə, həm də geostrateji anlamda “qapı qonşusu” epiteti daha çox uyğun gəlir. Çünki Azərbaycan Gürcüstan üçün Xəzər dənizinə, Mərkəzi Asiyaya, Gürcüstan isə Azərbaycan üçün Qara dənizə, Avropaya açılan qapıdır. Hər iki ölkə həm coğrafi, həm siyasi və həm də mədəni istiqamətdə Asiya ilə Avropa arasında geostrateji dəhliz, körpü missiyasını yerinə yetirirlər. 

Xalq hakimiyyətini ifadə edən ilk respublikamızın elanının, məhz dost, qardaş ölkənin paytaxtında edilməsi daim çiyin-çiyinə olan qohum mədəniyyətlərimizin, azad ruhumuzun ifadəsi baxımından nə qədər önəmlidirsə, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə münasibətdə sərgilədiyi qardaş dəstəyi də bir o qədər əhəmiyyətlidir.

 

Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis

 


шаблоны для dle 11.2
Вернуться назад