2 fevral Gənclər günü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2 fevral Gənclər günü

    2 fevral Gənclər günü

                                  

    2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsini  hər il sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər. 

     Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb və bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. 

    Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib

      Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır.

      Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

     

     

     
    İbrahimova Gülxanım,
    Böyük Xocavar kəndi 

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ