Xocalı soyqırımı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xocalı soyqırımı

    Xocalı soyqırımı

     

                  Xocalı şəhəri qədim tarixə malik olan yaşayış məskənimiz olmuşdur.Bu şəhərdə son tunc-ilk dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri tapılmışdır.Şəhərdəki bir çox tarixi izlər bu qədim torpağın Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edirdi.Bu tarixi faktlar daim mənfur düşmənlərimizi narahat edir və Xocalı şəhərinə qarşı irəli sürdükləri ittihamları heçə endirirdi.Bu şəhər daim ölkəmizin diqqət mərkəzində olmuşdur.Hələ 1988-ci ilin oktyabrında Azərbaycan höküməti Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul etmişdi.Şəhər özü də strateji bir ərazidə Ağdam-Şuşa,Əsgəran-Xankəndi yollarının üzərində yerləşirdi.Erməni quldurları bizim bu tarixi şəhərimizi həmişə ələ keçirməyə çalışmışdılar.Belə ki,ermənilər 1920-ci ilin martında Xocalı şəhərini ələ keçirsələrdə,həmin ilin aprel ayının 2-də Milli Ordumuz düşmənin başını əzərək tarixi torpaqlarımızı azad etdi.Bundan dərs almayan düşmənlərimiz XX yüzilliyin sonlarında bu qədim torpağımızı yenidə ələ keçirməyə çalışırdılar.Bu dövrdə şəhər əhalisinin sayı 7 minə çatırdı.Şəhərin işğalının digər bir səbəbi regionda yeganə mülki hava limanının bu şəhərdə yerləşməsi idi.Xocalı şəhəri 1992-ci ilin fevralında öz növbəti faciəsini yaşadı.Mənfur düşmənlərimiz 1992-ci ilin 25-dən 26-na keçən fevral gecəsində Azərbaycan xalqına qarşı növbəti qətliyamını həyata keçitdilər.Bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil,bütün insanlığa qarşı idi.Əvvəlcədən planlaşdırılmış bu qətliyyam nəticəsində qoca,uçaq,qadın demədən bütün Xocalı əhalisi erməni vandalizminin qurbanı oldu.Bu qırğının planlı şəkildə həyata keçirilməsini bir çox faktlar sübut edir.Belə ki,1992-ci ildə L.Ter-Petrosyan erməni ordusuna müraciətində demişdir:Siz ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz.Dağlıq Qarabağda azərbaycanlılarıqırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir.Bu faktlar soyqırımın əvvəlcədən planlaşdırıldığını sübut edir.Bu qırğın nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi,1275 nəfər girov götürüldü,487 nəfər yaralandı.

                Ümummilli lider Heydər Əliyev Xocalı hadisəsi ilə bağlı demişdir:Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir.Xocalıda misli görünməmiş  qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə hərtərəfli çatdırmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti,birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə «Xocalı soyqırımı günü haqqında» qərar qəbul etdi.Prezidentin 25 fevral 1997-ci il sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» beynəlxalq kampaniyasına start verilmişdir.Məqsəd bu soyqırımı dünya dövlətərinə tanıtmaq,daha geniş kütlələrə çatdırmaq olmuşdur.

                    Azərbaycan Xalqı bu tarixi şəhərimizin uzun müddət düşmən işğalında qalması ilə razılaşa bilməzdi.Bunu Ali Baş Komandan öz çıxışlarında dəfələrlə vurğulamışdır.

    44 günlük Vətən müharibəsində Azərbaycan xalqı erməni canilərinə öz sözünü dedi.Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qisası düşməndən alındı.Lakin düşmən öz fitnəkarlığında yenə əl çəkmək istəmir,ordumuza qarşı müxtəlif təxribatlar həyata keçirməyə çalışırdı.Buna cavab olaraq ordumuz 2023-cü il 19-20 sentyabrda separatçılara qarşı lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi.Nəticədə qeyrət mənbəyimiz olan Xocalı şəhəri tarixi sakinlərinə qovuşdu.Möhtərəm prezidentimiz İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xocalı şəhərinə səfər etmişdir.Ali Baş Komandan bu zaman Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət  Bayrağını ucatmışdır.

     

    #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət


     
    Cavidan İmanov,
    Mahmudavar kənd tam orta məktəbin tarix müəllimi

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ