31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

    31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür


     

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 

    1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu.

     Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Dövlət terroru siyasətini özünün başlıca məqsədinə çevirən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü, ölkəmizin işğal olunmuş ərazilərində erməni terrorçu-separatçı silahlı birləşmələri əzəli, qədim və tarixi Azərbaycan torpağı olan Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq azərbaycanlılar soyqırımına, qətliamlara, etnik təmizləmə vəhşətinə məruz qalıb. Bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub.Lakin 2020-ci ildə hər birinin qisası alındı və 20 faiz işğal altında olan torpaqlarımız geri qaytarıldı. 

     

     

    Yaqub Ələmov,
    Masallı rayon Həsənli kənd tam orta məktəbin müəllimi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    3. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    4. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    6. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    8. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    9. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    10. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    11. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    12. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    13. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    14. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    15. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    16. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    17. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    18. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    19. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    20. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    21. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    22. 13:11 “Heydər Əliyev irsi gənclərin gözü ilə” təqdimat müsabiqəsi 
    23. 13:10 “Heydər Əliyev və qlobal liderlik: beynəlxalq arenada Azərbaycanın yeri” mövzusunda dəyirmi masa təşkil olunub
    24. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    25. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    26. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    27. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    28. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    29. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    30. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    31. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    32. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    33. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    35. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    36. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    37. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    39. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    40. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ